"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Pendik bələdiyyə sədri Yasamal bələdiyyəsinə təşəkkür məktubu göndərib

--2023-02-22 / 13:54

Türkiyənin Pendik Bələdiyyə sədri əhməd Cin ölkəsində baş vermiş və çoxsaylı insan tələfatı ilə nəticələnən zəlzələnin fəsadlarını aradan qaldırılmasında göstərdikləri maddi və mənəvi dəstəyə görə Bakının Yasamal bələdiyyəsinə təşəkkür məktub göndərib.

Məktubda qeyd edilir:

“Fevral ayının 6-da ard-arda baş verən zəlzələ bizləri yasa boğmuşdur. Sarsıdıcı zəlzələ minlərlə insanın ölümünə və on minlərlə insanın yaralanmasına səbəb olub.

Ölkə olaraq bir-birimizə bu çətin günlərdə sizdən, əziz qardaş şəhərimizdən və ölkənizdən gələn dəstəyə və mesajlara görə minnətdarıq. Öz adımdan, həmkarlarım və Pendik sakinləri adından ən xoş arzularımı bildirirəm.”

Qeyd edək ki, Türkiyədə baş verən dağıdıcı zəlzələ nəticəsində zərər çəkmiş insanlara soydaşlarımızın yardım kampaniyası davam edir. Humanitar yardım kampaniyası çərçivəsində bu gün paytaxtın Yasamal bələdiyyəsinə aid yük avtomobili Türkiyəyə yola salınıb.

Yasamal bələdiyyəsnin sədri Tahir Məmmədov bildirib ki, göndərilən ləvazimatlar əsasən isti paltarlar, istilik vasitələri, uzun müddətli saxlanılması mümkün olan qidalar, uşaq yeməkləri, qablaşdırılmış qidalar, tibb və gigiyenik ləvazimatlar və digər zəruri əşyalardır.

Onun sözlərinə görə, humanitar yardım kampaniyasına həm Yasamal rayonun sıravi sakinləri, həm də rayonda fəaliyyət göstərən sahibkarlar və vətəndaş cəmiyyətinin fəalları qoşulub. ”Bir millət, iki dövlət” şüarı ilə Yasamal Bələdiyyəsinin təşəbbüsü ilə toplanan humanitar yardım faciə bölgəsində zərər çəkmiş vətəndaşlara çatdırılacaq.

əlavə edək ki, Yasamal bələdiyyəsi 2003-cü ildən Türkiyənin Pendik bələdiyyəsiylə "qardaşlaşıb".

Belediyye.info

ŞƏRHLƏR