Azərbaycan Respublikasının Prezidenti ilham əliyevin tapşırığına uyğun olaraq 2017-ci ilin fevral ayının 15-dən may ayının 1-dək əhalinin tibbi müayinədən keçirilməsinə başlanmışdır. Tibbi müayinənin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün Binəqədi Rayon icra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə xüsusi komissiya yaradılmışdır. Bu barədə məlumat Belediyye.infoya Binəqədi rayon Xocasən bələdiyyəsindən daxil olub.
Məlumatda qeyd edilir ki, komissiyanın işinə yerli icra və bələdiyyə orqanlarının, müvafiq dövlət qurumlarının rəhbərləri, habelə müayinənin keçiriləcəyi tibb müəssisələrinin tibbi personalı cəlb edilmişlər.
Sərəncama əsasən fevralın 15-dən Xocəsən bələdiyyəsinin inzibati ərazisində yerləşən Xocəsən Sağlamlıq Mərkəzində əhalinin tibbi-proflaktik müayinədən keçirilməsi üçün hərtərəfli şərait yaradılıb və əhalinin sağlamlıq mərkəzində tibbi müayinəsi təşkil olunmuşdur.
Sərəncama əsasən 28.02.2017-ci il tarixində Xocəsən bələdiyyəsinin ictimai humnitar məsələlər üzrə sektorunun təşkilatçılığı ilə qəsəbəmizdə yaşayan ahıl insanların öz mənzillərində müayinəsi təşkil olunmuşdur.
Belediyye.info
|
|
|
|
|
|