Pirallahı bələdiyyəsində sədr dəyişikliyi baş verib
Pirallahı rayon Pirallahı bələdiyyəsində sədr dəyişikliyi baş verib. Belediyye.infoya daxil olan məlumata görə, bələdiyyə sədri vəzifəsində işləmiş Elxan Zülfüqarov səhhətiylə əlaqədar vəzifəsindən istefa verib. Bələdiyyə iclasının qərarıyla gənc bələdiyyə üzvü əliyev əliyulla Elxan oğlu Pirallahı bələdiyyəsinin sədri seçilib.
Xatırladaq ki, adıçəkilən rayonda üç bələdiyyə formalaşdırılıb, Piralllahı bələdiyyənə isə 13 üzv seçilib.
Belediyye.info