"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Pirşağı bələdiyyəsi daha bir layihəyə imza atıb

--2017-11-15 / 12:50

Sabunçu rayon Pirşağı bələdiyyəsi qəsəbədə daha bir layihəni başa çatdırıb. Bu barədə məlumat adıçəkilən bələdiyyədən daxil olub.

Belə ki, qəsəbənin H.əliyev və Saleh Hüseynzadə kəsişməsində olan yarasız hala düşmüş yola asfalt örtüyü çəkilib. Hazırda Hüseynbala əliyev küçəsində aparılan işlər davam etdirilir. Bu gün asfalt örtüyünün kənarlarına  çınqıl örtüyünin  salınması işləri aparılıb.

Qeyd edək ki, bələdiyyənin layihəsi Bakıxanov bələdiyyəsinin təsis etdiyi “Dizayn, Layihə, Təmir, Tikinti və Xidmət” MMC ilə bağladığı müqavilə əsasında icra olunub.

Belediyye.info

ŞƏRHLƏR