"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Pirşağı bələdiyyəsi daha bir layihəyə yekun vurub

--2018-03-01 / 17:26

Sabunçu rayonu Pirşağı bələdiyyəsinin yaydığı məlumata görə, qəsəbənin daxilində yağışlar və kanalizasiya xəttinin olmaması ucbatından yollara çirkab sularının yığılması həm uşaqların, həmdə avtomobillərin hərəkətinə maneə yaradırdı.

Sakinlərin müraciətini nəzərə alan Pirşağı bələdiyyəsi iclasın qərarıyla növbəti layihənin icrasını yekunlaşdıırb.

Qəsəbədəki yolların abadlaşdırılması məqsədilə Pirşağı Bələdiyyəsi Saleh Hüseynzadə adlandırılan qəsəbədaxili yollarda texnika vasitəsilə hamarlaşma işləri aparmış və çınqıl tökərək çirkab suları qurudulmuşdur.

Belediyye.info

                                                          

ŞƏRHLƏR