"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Pirşağı bələdiyyəsi iməcilik keçirib

--2018-09-24 / 20:48

Sabunçu rayonu Pirşağı bələdiyyəsi qəsəbə ərazisində iməcilik təşkil edib. iməcilikdə bələdiyyənin əməkdaşları, qulluqçuları və könüllülər iştirak edib.

iməcilikdə qəsəbənin mərkəzindən Bağlar və Hüseynbala əliyev küçəsinə gedən dəniz kənarı yolları alaq otlarından təmizlənib, ərazidəki ağacların quru budaqları budanıb və sulanıbdır.

Bununla yanaşı iməcilik vaxtı Pişağı bələdiyyəsinin müraciəti əsasında Pirşağı qəsəbəsi 2 saylı Sovxoz ərazisində qəzalı vəziyyətdə olan 3 ədəd qurumuş ağac aidiyyətı orqan tərəfindən kəsilərək zərərsizləşdirilib.

iməcilik zamanı ərazilər lazımsız tullantılardan, yolun kənarları isə alaq otlardan təmizlənilib. Bu barədə məlumatı qəsəbə bələdiyyəsi yayıb.

Qeyd edək ki, hər dəfə olduğu kimi bu dəfədə bələdiyyə müfəttişləri bildirişləri paylayarkən sakinlərə həm vergilərini vaxtında verməyi, həm də küçə və meydanlara ünvansız zibil tullantılarının atılmamasıyla bağlı söhbətlərdə aparıblar.

Belediyye.info

ŞƏRHLƏR