"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Pirşağı bələdiyyəsi olaraq 150.000 manat vergi borcu ilə bağlı xəbərdarlıq edilmişdir

--2018-01-25 / 19:18

Sabunçu rayonu Pirşağı bələdiyyəsi olaraq 2017-ci ildə gördüyümüz işlər ,fəaliyyətimiz barədə qısa da olsa məlumat vermək. istərdim.

Həmin işlərin davamı olaraq Pirşağı-Novxanı-Sumqayıt yolunun açılışı,tez zaman ərzində hazırlanıb əhalinin xidmətinə verilməsi, hazırda çirkab suların axıdılması üçün tikilən kompleksi buna nümunə göstərmək olar.

ilin əvvəllərində qəsəbənin təmizliyi və abadlığı üçün Mənzil Kommunal Birlikləri ilə müqavulə bağlanmışdır.

Qəsəbə ərazisində təmizliklə əlaqədar gördükləri işlərə görə Mənzil Kommunal Birliyinin rəhbərkiyinə və işçi heyətinə minnətdarlığımızı bildiririk.

Bu işlərin əvəzində onlarla bağlanmış müqaviləyə əsasən ayda 1000 manat,onların işçilərinin iş vəziyyətinin yaxşıaşdırılması üçün ev kirayələnib 100 manat ödənilir.2017-ci il ildə Kommunal Təsərrüfat idarəsinə məişət tullantılarının yığılıb daşınmasına görə 15.000 manat ödənilmişdir.

ilin əvvəllərində yol kənarlarının təmizlənməsi , hasarların ağardılması işləri görülmüşdür.

Bu “ Troops “ MMC-yə 2870 manat Bələdiyyə tərəfindən ödənilməsi müqablində əjdər Məlikov və Hüseynbala əliyev küçələrində bəzi abadlıq işləri --hasarları ağartmaq , yolların kənarlarının quru otlardan və məişət tullantılarından təmizlənməsi təşkil edilmişdir.

”Varis “ MMC tərəfindən Ağa əlizadə küçəsi Pirin yanından NBNZ pansionatına qədər yolun hər iki hissəsində divarlar ağardılıb,təmir edilib. Bu işlərdən ötrü Bələdiyyə 2500 manat pul ödəmişdir.

Sakinlərə maddi yardım şəklində 1860 manat pul verilmişdir.Qurban bayramı münasibətilə Bələdiyyə 40 ailəyə 750 manat məbləğində qurban payları paylanmışdır.

Pirşağı Bələdiyyəsinə 2017-ci vətəndaşlar tərəfindən 244 müraciət daxil olmuşdur. Bu müraciətlərə vətəndaşlar tərəfindən istifadə etdikləri torpağın icarə müqaviləsinin bitməsi ilə bağlı çoxluq təşkil etmişdir.

Bütün vətəndaşlara 3 və 7 gün ərzində müvafiq qanunun tələbinə uyğun olaraq cavablandırılmışdır. 2017-ci il ərzində vətəndaşlara torpaq və əmlak vergilərinin ödənil-məsi üçün tədiyyə bildirişləri təqdim olunmuşdur.

 Vətəndaşlara 4300 tədiyyə bildirişi ilə 150.000 manat vergi borcu ilə bağlı xəbərdarlıq edilmiş, lakin bunun 70 % i ödənilmişdir. Çox təəssüf ki , qəsəbə ərazisində bu qədər sadalanan işlər görülməsinə baxmayaraq vergi yığımı zəifdir. Bu təxminən yığılan məbləğin 17 % i deməkdir.

Uzun illər vətəndaşların narazılığı və şikayətlərinə səbəb olan 10 saylı internat məktəbinə, qəsəbə poliklinikasına aparan Hüseynbala əliyev və Saleh Hüseynzadə küçələrinin kəsişməsin-dəki yolun 350 metr uzunluqda 2100 m2 asfalt –beton işləri görülməsi üçün Bakıxanov Bələdiyyəsinin nəzdində “ Dizayn, Layihə, Təmir,Tikinti və Xidmət “MMC ilə müqavilə bağlanmışdır,həmin müqavilə əsasında 4 sm qalınlığında 1750 m2 asfalt örtüyü salınıb, 12526.40 ( on iki min beş yüz iyirmi altı manat qırx qəpik) məbləğində ödəniş edilib.Təmir zamanı yolun kənarları şebel və çınqıl ilə abadlaşdırılmlşdır. Həmin yolun üzərin-də məişət tullantılarının tullanması üçün konteyner yeri hazırlanmışdır. Yeri gəlmişkən qəsəbə ərazisində konteyner çatışmazlığı ilə bağlı şikayətlər vardır. 2018-ci ildə qəsəbədaxili yollarda abadlıq işləri aparılması planlaşdırılan küçələr nəzərdə tutulub ki, bunlar da Ağa əlizadə küçəsi—2400 m2 , əjdər Məlikov küçəsi --150 m2 ,Bağ massivi—2500 m2 ,Hüseynbala əliyev küçəsi –1200 m2 ,Yeni yaşayış massivi 450 m2 .

 2018-ci ildə də çalışacağıq ki, daha böyük nailiyyətlər əldə edək,sakinlərin etimadını doğruldaq,problemlərini həll edək.

şakir Quliyev

 Sabunçu rayon Pirşağı bələdiyyəsinin sədri

ŞƏRHLƏR