Fevralın 28-də Ağstafa rayon Poylu bələdiyyəsinə məxsus torpaq sahəsində yanğın baş verib. Havanın küləkli olması səbəbindən yanğın Ağstafa Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Poylu meşəbəyliyinin 1 saylı dolayına keçib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AZəRTAC-a verilən məlumata görə, ETSN və Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının əməkdaşlarının birgə fəaliyyəti nəticəsində yanğın qısa müddət ərzində söndürülüb. Yanğın 0.3 hektar ərazini əhatə edib, ağaclara ziyan dəyməyib, quru ot və kol örtüyü yanıb.
ilkin ehtimala görə, yanğının baş verməsinə səbəb bələdiyyə ərazisində mal-qara otaran şəxslərin odla ehtiyatsız davranması olub.
Yanğının başvermə səbəblərinin və dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.
http://azertag.az/xeber/1039590 http://azertag.az/xeber/1039590