sorğu
Prezident ilham əliyev Siyəzən rayonuna yeni icra başçısı təyin olunması ilə bağlı sərəncam imzalayıb. AzərTac-ın məlumatına görə, sərəncama əsasən, Asif Həbib oğlu Hüseynov Siyəzən Rayon icra Hakimiyyətinin başçısı təyin edilib.
Qeyd edək ki, Asif Hüseynov bundan əvvəl Azərbaycan Dövlət Neft şirkətində çalışıb.
1981-ci il təvəllüdlü icra başçısı həm də elmlər namizədidir.
Bu gün bicra başçısının rayonda təqdimatı keçirilib.
Belediyye.info