sorğu
Xətai bələdiyyəsinin üzvü, məşhur 91-lərdən olan, tanınmış professor Maqsud Nəcəfov ölkə başçısı ilham əliyevin imzasıyla “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilmişdir.
Xətai Rayon icra Hakimiyyətinin Başçısı səlahiyyətlərini icra edən Rafiq Quliyev yubiley medalını professor Maqsud Nəcəfova təqdim edib.
Qeyd edək ki, Maqsud Ağaqulu oğlu Nəcəfov 25 oktyabr 1948, Qərbi Azərbaycanın Ağudi kəndində anadan olub.
91-lərdən biri, əməkdar müəllim, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat və informatika fakültəsinin dekanı, riyaziyyat üzrə elmlər doktoru, professor və 1999 - cu ildən Xətai rayon bələdiyyəsinin üzvüdür.
Belediyye.info