ş.K.Məmmədovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
***
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə şahin Kərim oğlu Məmmədov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.
ilham əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 dekabr 2018-ci il.
***
Xatırladaq ki, şahin Məmmədov Ağcabədi Rayon icra Hakmiyyəyinin başçısıdır
***
Məmmədov şahin Kərim oğlu 01 yanvar 1959-cu ildə Azərbaycan Respublikası Bərdə şəhərində anadan olmuşdur.
1965-1975-ci illərdə Bərdə şəhər 3 saylı orta məktəbdə oxumuşdur.
əmək fəaliyyətinə 1975-ci ildən başlayıb, 1977-1979-cu illərdə həqiqi hərbi xidmətdə olmuşdur.
1975-1983-cü illərdə “Azelektromontaj” idarəsi və Bərdə Elektrik şəbəkəsində müxtəlif vəzifələrdə işləmişdir.
1985-ci ildə Azərbaycan Xalq Təsərrüfatı institutunun Uçot-iqtisad fakültəsini bitirmişdir.
1983-1992-ci illərdə Azərbaycan LKGi Bərdə rayon komitəsində azad komsomol təşkilat katibi, təlimatçı, ikinci katib vəzifəsində işləyib.
1992-1993-cü illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin “Azəraudit” mərkəzinin Bərdə rayon şöbəsinin rəisi, 1993-1995- ci illərdə Bərdə Rayon icra Hakimiyyəti Başcısının sosial - iqtisadi inkşaf məsələləri üzrə müavini, şöbə müdiri, 1996-2000 - ci illərdə Bərdə rayon 026 saylı əmanət Bank şöbəsinin müdiri, 2000-2004-cü illərdə Birləşmiş Universal Səhmdar Bankının Bərdə rayon filialının müdiri vəzifəsində işləmişdir.
Azərbaycan Respublikası Prezdentinin 17 aprel 2004- cü il tarixli sərancamı ilə Samux Rayon icra Hakimiyyətinin Başcısı vəzifəsinə, 26 dekabr 2005- ci tarixli sərancamı ilə Ağcabədi Rayon icra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilmişdir.
YAP Siyasi şurasının üzvüdür.
Ailəlidir, 4 övladı var.