"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Prezident ilham əliyevin həyata keçirdiyi islahatlar vətəndaş müraciətlərinin həlli üçün etibarlı zəmindir

--2018-02-15 / 10:11

 

“Heydər əliyev siyasəti Azərbaycanda yaşayır, davam etdirilir, zənginləşir və ölkəmiz uğurla inkişaf edir”.
ilham əliyev

 Müstəqilliyini anbaan, günbəgün, ilbəil möhkəmləndirən Azərbaycan dövlətinin tarixində möhtərəm Prezidentimiz ilham əliyevin qızıl hərflərlə yazdığı şanlı səhifələrin sayı getdikcə artır. Bu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyini qeyd edəcək respublikamız ulu öndər Heydər əliyevin siyasi xəttini layiqincə davam etdirir, bütün sahələrdə sürətlə inkişaf edərək misilsiz nailiyyətlər qazanır. Dövlətimizin başçısı ilham əliyev Azərbaycan bayrağının torpaqlarımızın hər qarışında dalğalanması üçün lazım gələn bütün addımları atır, ölkəmizin iqtisadi və hərbi qüdrətini, beynəlxalq nüfuzunu gücləndirməkdən ötrü böyük inam və qətiyyətlə çalışır, yurdumuzun işğaldan tam azad edilməsi, Böyük qayıdışın reallaşması üçün böyük cəsarət və əzm göstərir. Görülən bütün işlər Azərbaycan xalqının, Azərbaycan vətəndaşının daha xoş güzəranını qurmaq, sabahını daha gözəl və xoşbəxt etmək məqsədi daşıyır. Azərbaycan vətəndaşları öz dövlətinə və Prezidentinə ürəkdən inanır, taleyini ona etibar edir, hər bir işdə ona güvənir, harada, hansı ölkədə yaşamasından asılı olmayaraq, Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin dəstəyini, gücünü hiss edir və bundan qürur duyur. Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman iSMAYILOVunoxuculara təqdim edilən geniş təhlili məqaləsi də yola saldığımız 2017-ci ildə ölkə vətəndaşlarının qayğı və problemlərinin dövlət tərəfindən necə həll olunmasından, bu işə göstərilən yüksək diqqət və tələbkarlıqdan bəhs edir.

....

 "şəhər, rayon icra hakimiyyətləri və bələdiyyələrin fəaliyyəti barədə müraciətlərin sayı ötən illə müqayisədə xeyli azalmışdır. Azalma əsasən Naxçıvan MR, Gəncə, Lənkəran, Mingəçevir, Sumqayıt, şirvan, Yevlax, Ağdam, Ağsu, Astara, Cəbrayıl, Cəlilabad, Gədəbəy, Goranboy, Xaçmaz, Xocalı, Qaradağ, Qəbələ, Qusar, Lerik, Masallı, Nəsimi, Saatlı, Samux, Səbail, Suraxanı, şabran, digər şəhər və rayonlarda müşahidə olunmuşdur.

Buna baxmayaraq, bu mövzuda Balakən, Beyləqan, Binəqədi, Göyçay, Xəzər, imişli, Qazax, Laçın, Sabunçu, şamaxı, Tərtər, Tovuz, Ucar, Yasamal, Zaqatala və digər rayonlarda artım olmuşdur.

Bələdiyyələrin fəaliyyəti vətəndaşların gündəlik tələblərinin yerinə yetirilməsində mühüm rol oynayır. Təəssüf ki, bələdiyyələr öz işlərini heç də həmişə lazımi səviyyədə qura bilmirlər. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən ədliyyə orqanları tərəfindən 67 mindən çox bələdiyyə aktı yoxlanılmış, qanunsuz qərarlar ləğv etdirilmiş, cinayət xarakterli pozuntularla bağlı 23 fakt üzrə materiallar prokurorluğa göndərilmiş, qanunsuz ayrılmış minlərlə hektar torpaq sahəsi geri qaytarılmışdır"

https://azertag.az/xeber/Prezident_Ilham_Aliyevin_heyata_kechirdiyi_islahatlar_vetendas_muracietlerinin_helli_uchun_etibarli_zemindir-1136238

ŞƏRHLƏR