"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Prezident mühüm sənədlərə imza atıb: çOXMəNZILLI BINANIN IDARəETMəSIYLə BAÄžLI

--2019-01-17 / 09:22

“Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 18 dekabr tarixli 1394-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
16 yanvar 2019, 20:19

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 18 dekabr tarixli 1394-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10.0.8-2-ci maddəsinə uyğun olaraq, çoxmənzilli binanın idarə edilməsinə dövlət nəzarətinin həyata keçirilməsi qaydalarını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 ilham əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 yanvar 2019-cu il.

 *****

Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
16 yanvar 2019, 20:15

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Mənzil Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, â„– 8, maddə 612; 2011, â„– 12, maddə 1108; 2012, â„– 6, maddə 501; 2017, â„– 5, maddə 732, â„– 7, maddə 1298; Azərbaycan Respublikasının 2018-ci il 1 oktyabr tarixli 1253-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 6.0.2-ci, 17.2.1-ci, 20.5-ci və 138.3-cü maddələrdə “özəl” sözü “xüsusi” sözü ilə əvəz edilsin.

2. Aşağıdakı məzmunda 10.0.8-1-ci və 10.0.8-2-ci maddələr əlavə edilsin:

“10.0.8-1. çoxmənzilli binanın idarə edilməsi qaydasını müəyyən etmək;

10.0.8-2. çoxmənzilli binanın idarə edilməsinə dövlət nəzarətinin həyata keçirilməsi qaydalarını müəyyən etmək;”.

3. 41.6-cı maddədə “üstün hüquqa” sözləri “üstünlük hüququna” sözləri ilə əvəz edilsin.

4. 44.3-cü maddədə “(kvorum yaranır). Kvorum” sözləri “(yetərsay yaranır). Yetərsay” sözləri ilə və “təkrar” sözü “yenidən” sözü ilə əvəz edilsin.

5. 109.5-ci maddədə “kooperativi qanunvericiliklə müəyyən olunmuş qaydada ləğv edilməli və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməlidir” sözləri “kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir” sözləri ilə əvəz edilsin.

ilham əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 dekabr 2018-ci il.

  -----

“Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1384-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
16 yanvar 2019, 19:59
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1384-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

ilham əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 yanvar 2019-cu il.

 ****

Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
16 yanvar 2019, 19:43

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, â„– 2 (I kitab), maddə 202, â„– 3, maddələr 397, 403, 429, â„– 4, maddələr 631, 647, 654, â„– 5, maddələr 835, 846, â„– 6, maddələr 997, 1010, â„– 7, maddələr 1247, 1249, â„– 10, maddə 1608, â„– 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, â„– 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, â„– 1, maddə 21, â„– 2, maddələr 139, 147, 152, 162, â„– 3, maddələr 331, 344, â„– 5, maddələr 698, 701, 734, 749, 754, â„– 6, maddələr 1020, 1033, 1036, â„– 7, maddələr 1273, 1296, 1297, 1299, â„– 11, maddələr 1964, 1966, 1969, 1979, â„– 12 (I kitab), maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, â„– 1, maddə 19, â„– 2, maddələr 160, 162, 163, â„– 3, maddələr 383, 401, 404, â„– 4, maddə 646, â„– 5, maddələr 857, 860, 862, 876, 883, â„– 6, maddələr 1153, 1188, â„– 7 (I kitab), maddələr 1435, 1437, 1438; Azərbaycan Respublikasının 2018-ci il 1 oktyabr tarixli 1248-VQD, 1251-VQD, 1254-VQD nömrəli, 30 oktyabr tarixli 1301-VQD, 1307-VQD nömrəli, 2 noyabr tarixli 1326-VQD nömrəli, 30 noyabr tarixli 1363-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 116.1-ci maddəyə “279.0.1,” rəqəmlərindən sonra “393-1.2, 393-1.4,” rəqəmləri əlavə edilsin;

1.2. aşağıdakı məzmunda 393-1-ci maddə əlavə edilsin:

“Maddə 393-1. Mənzil qanunvericiliyinin pozulması

393-1.1. Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay müddətində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilməməsinə və ya qəbul edilmiş həmin qərarla bağlı hüquqi şəxslərin qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlərin görülməməsinə görə -

vəzifəli şəxslər iki min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.

393-1.2. Çoxmənzilli binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən olunmuş qaydada tədbirlərin görülməməsinə görə -

vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

393-1.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydanı pozmaqla, çoxmənzilli binanın idarə edilməsi, habelə həmin qaydanın müddəalarının (o cümlədən, həmin qaydada edilən sonrakı dəyişikliklərin) çoxmənzilli binanın idarə edilməsi müqaviləsində əks etdirilməməsinə görə -

vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

393-1.4. Çoxmənzilli binanın sahə mülkiyyətçisi tərəfindən ona məxsus olan sahənin saxlanması xərclərini, habelə mənzil qanunvericiliyinə uyğun olaraq çoxmənzilli binanın ümumi əmlakının saxlanması xərclərini vaxtında və tam məbləğdə çəkməkdən boyun qaçırılmasına görə -

ödənilməli olan ödənişlərin məbləğinin yüz faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir.

393-1.5. Ağır xroniki xəstəliklərə düçar olmuş şəxsin sosial kirayə müqaviləsinə əsasən yaşadığı və ya köçdüyü yaşayış sahəsinin ikinci əldən kirayəyə verilməsinə görə -

yüz manat məbləğində cərimə edilir.

393-1.6. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinə Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən olunmuş qaydada binanın idarə edilməsi üsulunun seçilməsində maneçilik törədilməsinə görə -

vəzifəli şəxslər üç yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir.”.

Maddə 2. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 393-1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyət müvafiq icra hakimiyyəti orqanının çoxmənzilli binanın idarə edilməsi ilə bağlı müəyyən etdiyi qayda qüvvəyə mindikdən sonra yaranır.

 ilham əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 dekabr 2018-ci il.

https://president.az/articles/31555

ŞƏRHLƏR