Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, â„– 10, maddə 537; 2006, â„– 2, maddə 67; 2015, â„– 2, maddələr 87, 89) ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. 6.5-ci maddənin birinci cümləsinə “şikayətin verilməsi” sözlərindən sonra “, bu əsasnamənin 6.5-1-ci maddəsinə əsasən vergilərin və ödənişlərin icrasının dayandırılması barədə qərar qəbul edildiyi hallar istisna olmaqla,” sözləri əlavə edilsin.
2. Aşağıdakı məzmunda 6.5-1-ci maddə əlavə edilsin:
“6.5-1. Yerli (bələdiyyə) vergilərin və ödənişlərin düzgün tətbiq olunmaması barədə şikayət verildiyi hallarda, vergilərin və ödənişlərin icrasının dayandırılması ilə bağlı məsələyə, maraqlı şəxsin ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə şikayət instansiyasının öz təşəbbüsü ilə, şikayət instansiyası tərəfindən dərhal baxılır və bu barədə müvafiq qərar qəbul edilir.”.
ilham əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 may 2016-cı il.