"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Prezident vəzifəli şəxslər tərəfindən torpaq sahələrinin tikinti üçün ayrılması qaydalarının pozulmasını nəzarətə götürəcək

--2016-02-17 / 12:47

Bakı. Ramiz Mikayıloğlu-APA. Azərbaycan prezidenti vəzifəli şəxslər tərəfindən torpaq sahələrinin tikinti üçün ayrılması qaydalarının pozulmasını nəzarətə götürəcək

 APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti ilham əliyevin “Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” qanunun tətbiqi barədə 15 fevral 2015-ci il tarixli fərmanında əksini tapıb.

 Martın 1-dən qüvvəyə minəcək yeni inzibati Xətalar Məcəlləsinə əsasən vəzifəli şəxs tərəfindən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalar və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri pozulmaqla torpaq sahələrinin (magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının, neft buruqlarının, avtomobil yollarının və ya suların mühafizə zonalarındakı torpaq sahələri, habelə kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla) tikinti üçün ayrılmasına görə 2 min manatdan 3 min manatadək məbləğdə cərimə ediləcəklər. Fərmana əsasən, bu müddəalar üzrə inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar prokuror tərəfindən qəbul edilir. Fərmanda Baş Prokurorluğa tövsiyə edilib ki, həmin inzibati xətalar haqqında işlər barədə ildə bir dəfə Azərbaycan prezidentinə məlumat versin.

ŞƏRHLƏR