"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Prezident yanında Yerli özünüidarəetmənin inkişafı üzrə şura yaradıla bilərmi?

--2017-08-06 / 09:11

Bir sıra ölkələrdə bələdiyyə sahəsində idarətmə məsələrinin sürətli həlli, o cümlədən sistemin sabit inkişafı üçün şuralar təsis edilib.  Xəbər verdiyimiz kimi Rusiya Federsiyasında bu günlərdə təsis edilən şuranın iclası keçirilib. Bu gün belə bir formatda şuranın Azərbaycanda təsis edilməsi mümkündürmü?

Məsələyə Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü Azər Badamov münasibət bildirib.

Millət vəkilinin sözlərinə görə,  öncə qeyd edim ki,  Prezdent yanında Yerli özünüidarəetmənin inkişafı üzrə şuranın yaradılması ölkə başçısının səlahiyyətinə aid olan məsələdir.

əgər belə bir qurum təsis edilərsə,  sözsüz ki , yerliözünüidarəetmə orqanları da  öz işinə daha məsuliyyətlə yanaşar və bələdiyyələrin inkişafına öz təsirini göstərə bilər.

Ancaq əlavə edim ki,  Azərbaycanda yerliözünüidarəetmə orqanlarının işinin səmərəli  təşkili istiqamətində qanunvericilik bazası yaradılmış və bununla yanaşı şəhər,qəsəbə,kənd bələdiyyə assosiasiyaları, ədliyyə Nazirliyinin tərkibində Bələdiyyələrlə iş mərkəzi təşkil olunmuşdur.

Qeyd etdiyim təşkilatların  yerliözünüidarəetmə orqanlarının  işinin qanunauyğun və səmərəli  təşkilində böyük rolu var.

Bununla yanaşı qeyd etməliyəm ki, bələdiyyə sisteminin  ölkəmizdə fəaliyyətinin böyük tarixi olmadığına görə, cəmiyyətin inkişaf tələbinə uyğun  olaraq daima bu sistemdə yeniliklərin, təkmilləşmələrin  edilməsinə ehtiyac vardır.

Belediyye.info         

ŞƏRHLƏR