Ölkə Prezidenti ilham əliyevin media təmsilçiləri ilə ad günü ərəfəsində görüşməsi və müsahibə verməsi təqdirəlayiq bir haldır. Alqışlayıram və ilk olaraq ölkə başçısını ad günü münasibətiylə təbrik edir, hörmətli Prezidentimizə ən əsası can sağlığı və Azərbaycanın inkişafı istiqamətində, xüsusəndə Qarabağımızla bağlı ürəyində tutduğu layihələri tezliklə həyata keçirmək qismət olsun, deyirəm.
Müsahibəni isə izlədim. Ürəyimdən xəbər verdi. Çox ciddi məqamlara toxunuldu, xüsusəndə son üç ay ərzində həyata keçirilən islahatları yaradan səbəblərə də yer ayrıldı. Belə başa düşdüm ki, Prezident tutduğu yoldan geri çəkiləsi deyil, demək islahatlarda davam edəcəkdir. Bizdə vətəndaş cəmiyyətinin təmsilçisi olaraq bu addımları müdafiə etməklə, həm də təbliğ etməyə borcluyuq.
Bununla yanaşı bələdiyyə sahəsinin tədqiqatıyla məşğul olduğumdan fürsətdən istifadə edib belə əziz bir gündə hörmətli Prezidentə bələdiyyə ilə bağlı arzularımı da çatdırmaq istərdim. inanıram ki, Cənab Prezidentə bu müraciət çatdırılacaqdır.
Bu gün bələdiyyə seçkiləri başa çatdı. Artıq 15.156 bələdiyyə üzvü seçilmiş oldu. Nəzər alsaq ki, bir o qədərdə bələdiyyə qullquçusu fəaliyyətdədir, onda belə nəticəyə gələ bilərik ki, üst-üstə təxminən 30 min nəfərə yaxın insan bu sistemin inkişafında maraqlıdır. Sözsüz ki, ötən seçkilərdə müəyyən təcrübəsiz insanların, təsadüfü adamların seçilməsi bələdiyyələrə qarşı hər kəsdə müəyyən neqativ hisslər yaratmışdı. Ancaq məhz Sizin atdğınız addımlar və qəbul etdiyiniz qərarlar sayəsində bu gün bu neqativlər haqqında artıq danışılmır.
Onu da əlavə edim ki, bu seçki günü həm də bələdiyyələrin formalaşmasının 20 ili tamam olur. Bu gün bələdiyyə sistemi iyirmi il ərzində Vətəninə, Dövlətinə və Prezidentinə sədaqətlə xidmət edən bacarıqlı insanların səyi ilə ayaq üstədir. Və onların bu xidmətini dəyərləndirmək üçün “Bələdiyyə gününün” təsis edilməsi və bir qrup bələdiyyə üzvünün və qulluqçusunun səmərəli fəaliyyətinə görə təltiflərə təqdim edilməsi bələdiyyələrə göstərdiyiniz növbəti bir diqqət olacağına inanıram. Sizin bu diqqətinizi bələdiyyə sahəsində çalışan hər bir insan heç vaxt unutmayacaq və fəaliyyətlərinə bir stimul vermiş olacaqdır.
Sizə dərin hörmətlə Vüqar Tofqli
“Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai birliyinin sədri