"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Prezidentin sərəncamı bələdiyyələr üçün mühüm əhəmiyət kəsb edir-BəLəDiYYə SəDRi YAZIR

--2017-03-01 / 11:09

Azərbaycan Prezidenti cənab ilham əliyevin Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında verdiyi fərmandan irəli gələn vəzifələrin icrası və görüləcək tədbirlərin istiqamətlərinin müəyyənləşdirilməsi  hər bir yerliözünüidarəetmə orqanı  üçün mühüm əhəmiyyət kəsb edir.

Son illər ərzində ölkə başçısının yürütdüyü iqtisadi-inkişaf strategiyası, Azərbaycanda bütün sahələrdə böyük yüksəlişə səbəb olmuşdur. Bu baxımdan paytaxt Bakı şəhərində də möhtəşəm tikinti-quraşdırma işləri aparılmış , yeni körpülər, yol ötürücüləri salınmış, müxtəlif təyinatlı gözəl binalar tikilmiş və bunlara uyğun infrastruktur layihələr həyata keçirilmişdir. Bir sözlə, Bakı şəhəri Avroviziya, Avropa oyunları, Formula 1, islam Həmrəkliyi idman oyunları kimi dünya miqyaslı beynəlxalq tədbirlərin keçirilməsi üçün layiqli bir məkana çevrilmişdir.  

Bakı şəhərinin bugünkü firavan və dünyanın artıq bir çox ölkələrindən turistləri özünə cəlb edən müasir simasının formalaşmasında şəhərdəki kohnə 1-2 mərtəbəli sınıq-salxaq binaların sökülərək yerində müxtəlif  təyinatlı çoxmərtəbəli, müasir memarlıq üslubunda işlənmiş binaların tikintisi də öz rolunu oynamışdır.

Bununla yanaşı olaraq  cənab prezidentin fərmanından da görundüyü kimi, son dövrlərdə Bakı şəhərində iqtisadi-inkişaf , əhalinin sayının artması, çoxlu sayda müxtəlif təyinatlı binaların və obyektlərin tikintisi , xüsusuilə də böyük sayda fərdi yaşayış evlərinin inşası şəhər təsərrüfatına, onun infrastrukturuna, o cumlədən mühəndis-kommunikasiyası təminatı obyektlərinə düşən yükü dəfələrlə artıtmışdır. Bu baxımdan da mühəndis-kommunikasiyası təminatı obyektlərinin normativ tələblərə uyğun səviyyəyə çatdırılması məqsədilə müvəqqəti olaraq tikinti işlərinin dayandırılması qərara alınmışdır.

Fərmanın müddialarından  aydın olur ki, 2017-ci ilin yanvarın 1-dən etibarən bələdiyyə torpaqlarında təyinatından aslı olmayaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən binaların tikintisi üçün rəyin verilməsi və tikinti altı torpaq sahəsinin ayrılması müvəqqəti olaraq dayandırılmışdır. Həmçinin Bakınin şəhərsalma perespektivi nöqteyi-nəzərdən həyətyanı torpaq sahələri olan yaşayış evləri tikiləcək zonaların planlaşdırılmasına yol verilməyəcəkdir və prosseslər “Azərkosmos MMC”-nin ortofotoları vasitəsilə nəzarətdə saxlanılacaqdır.

Məlumat üçün bildirmək istəyirəm ki, 01 dekabr 2007-ci il tarixində quvvəyə minmiş “ Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında “AR qanunun 9-cu maddəsinə edilən dəyişiklik qüvvəyə mindiyi tarixdən bu günə qədər yəni 10 il ərzində Nəsimi bələdiyyəsi tərəfindən heç bir təyinatı üzrə torpaq sahəsi ayrılmamışdır.

Yuxarıda göstərilənlərdən və fərmanın 4-cü bəndindən irəli gələn məsələlərin həllilə bağlı Nəsimi bələdiyyəsi olaraq, Nəsimi rayon icra hakimiyyəti və rayon hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə, fərmanın tələblərini pozmaqla tikinti obyektlərinin inşasının aparıldığını aşkar etdikdə, tikinti işlərinin dayandırılması üçün dövlət şəhərsalma nəzarəti qaydasında müəyyən edilmiş tədbirlərin görülməsi məqsədilə birgə fəaliyyəti həyata keçirməyə və bütün səy və bacarıqlarımızı tətbiq etməyə hazırıq.

Nazim Qaraxanov

Nəsimi bələdiyyəsinin sədri

ŞƏRHLƏR