"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Prezidentin tapşırığı Xocasən qəsəbəsində necə icra olunur?

--2017-02-23 / 16:46

Belediyye.infoya daxil olan məlumata görə, Azərbaycan Respublikasının Prezidenti cənab ilham əliyevin tapşırığına uyğun olaraq 2017-ci ilin fevral ayının 15-dən may ayının 1-dək əhalinin tibbi müayinədən keçirilməsinə başlanmışdır.

Tibbi müayinənin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün Binəqədi Rayon icra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə xüsusi komissiya yaradılmışdır. Komissiyanın işinə yerli icra və bələdiyyə orqanlarının, müvafiq dövlət qurumlarının rəhbərləri, habelə müayinənin keçiriləcəyi tibb müəssisələrinin tibbi personalı cəlb edilmişlər.

Sərəncama əsasən fevralın 15 dən Xocəsən bələdiyyəsinin inzibati ərazisində yerləşən Xocəsən Sağlamlıq Mərkəzində əhalinin tibbi-proflaktik müayinədən keçirilməsi üçün hərtərəfli şərait yaradılıb və əhalinin sağlamlıq mərkəzində tibbi müayinəsi təşkil olunmuşdur.

Belediyye.info

ŞƏRHLƏR