Bələdiyyəmizin fəaliyyəti haqqında Hesabatı təqdim etməzdən əvvəl bir fikrimi Sizinlə bölüşmək istəyirəm. Möhtərəm Prezidentimiz cənab ilham əliyevin “işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” 24 yanvar 2017-ci il tarixli Sərəncamı son günlər ölkəmizdə hər kəsdə yüksək əhvali-ruhiyyə yaradıb. Bu Sərəncam o deməkdir ki, artıq möhtərəm Prezidentimizin rəhbərliyi ilə Qarabağa Qayıdış başlayıb. 2016-cı ilin aprelində Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cocuq Mərcanlı kəndində artıq insanların təhlükəsiz yaşaması mümkündür. Bu Sərəncamı nəinki məcburi köçkünlər, bütün ölkə əhalisi, bütün azərbaycanlılar böyük sevinclə qarşılayıb. Çünki hamı yaxşı bilir ki, Cocuq Mərcanlıya gedən yol şuşaya, Xankəndinə aparan yoldur, Qələbəyə aparan yoldur, geri QAYIDIşdır!..
Bəli, artıq azərbaycanlıların öz doğma yurdlarına BÖYÜK QAYIDIşı başlayır...
Bu, hər birimizi sevindirir və eyni zamanda səfərbər edir. Məruzəmdən əvvəl bu, son dərəcə sevindirici hadisəyə münasibət bildirməyi özümə borc bildim...
****
Ulu öndər Heydər əliyevin cəmiyyətin demokratikləşməsi, yerli özünüidarəetmə sisteminin inkişafı yolu ilə hakimiyyətin xalqa yaxınlaşması, regionların sosial-iqtisadi inkişafının təmin olunması istiqamətində həyata keçirdiyi siyasət möhtərəm Prezidentimiz ilham əliyev tərəfindən uğurla davam etdirilir. Bu, Azərbaycanın nailiyyətlərini təmin edən əsas amildir. Yola saldığımız 2016-cı il də ölkəmiz üçün böyük uğurlarla əlamətdar olub.
Dövlətimizin başçısının Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söylədiyi bir fikri xatırlatmaq istəyirəm: “Azərbaycan 2016-cı ildə öz inamlı inkişafını davam etdirmişdir, ölkəmizdə təhlükəsizlik tədbirləri təmin edilmişdir. Azərbaycan xalqı sülh, əminəmanlıq şəraitində yaşamışdır və yaşayır. Ölkəmizdə sabitliyin mənbəyi xalqımızın iradəsidir, xalqımızın seçimidir. Bu gün ölkəmiz dünya miqyasında sabitliyi ilə seçilən ölkələrdən biridir. əlbəttə ki, gördüyümüz bütün bu işləri dünya kontekstindən ayırmaq mümkün deyil. Dünyada və bölgədə gedən təhlükəli proseslərə fikir verərkən bir daha görürük ki, Azərbaycan öz yoluna sadiqdir, müstəqillik, inkişaf yolu ilə gedir və biz çalışmışıq və çalışacağıq bundan sonra da ölkəmizi, xalqımızı mümkün olan risklərdən qoruyaq, öz müstəqillik yolumuzu təmin edək. Artıq tarix və ətrafda baş verən hadisələr göstərir ki, bizim keçdiyimiz yol yeganə düzgün yoldur. Bu müstəqillik yoludur, sabitlik, inkişaf yoludur.”
Möhtərəm Prezidentimiz ötən ilin göstəricilərini təhlil edərkən bildirdi ki, iqdisadiyyatdakı çətinliklərə, əvvəlki illərlə müqayisədə azalmalara baxmayaraq, qeyri-neft sənayəsi ötən il 5%, kənd təsərrüfatı isə 2%-dən çox artıb. iqdisadi böhranla əlaqədar yaranmış qlobal vəziyyətin ölkəmizə təsirinin zəiflədilməsi məqsədilə qabaqlayıcı tədbirlər hazırlandı və həyata keçirildi, Azərbaycanda Dövlət investisiya Proqramında nəzərdə tutulan infrastruktur layihələri uğurla icra edildi və bu proses indi də davam edir.
2016-cı il ölkəmizin, xalqımızın həyatında bir sıra mühüm hadisələrlə yadda qaldı. Dünya birliyində özünə layiqli yer tutan, uzun illərdir Cənubi Qafqazın lideri statusunu daşıyan Azərbaycan Dövlət Müstəqilliyinin bərpasının 25-ci ilini böyük uğurlarla qeyd etdi. Bu illərdəki inkişaf mərhələsi xalqımızın tarixində və taleyində unikal nailiyyətlərlə müşayət olundu. Bu illərdə hər bir azərbaycanlının ən ümdə arzuları reallaşdı. Yürütdüyü siyasətin təməlində Azərbaycan vətəndaşı dayanan dövlətimizin həyata keçirdiyi inkişaf konsepsiyası hər bir azərbaycanlının həyatına birdəfəlik daxil oldu. Inkişaf yolumuzun ən parlaq nəticəsi isə ondan ibarət oldu ki, ölkəmiz özünün siyasi, iqtisadi, enerji, ərzaq və hərbi təhlükəsizliyini təmin etdi və beləliklə, Azərbaycan, sözün əsl mənasında, tam müstəqil ölkəyə çevrildi.
Bu dövrdə ölkəmizdə müstəqillik dayaqlarının daha da möhkəmləndirilməsi, ölkədəki siyasi sisteminin dayanıqlığının təmin olunması istiqamətində mühüm tədbirlər görülüb. 2016-cı ildə Azərbaycan Konstitusiyasına əlavə və dəyişiklikləri nəzərdə tutan Referendumun keçirilməsi də bu tədbirlərin mühüm tərkib hissəsidir. Konstitusiya islahatının həyata keçirilməsi ötən ilin xüsusi siyasi çəkiyə malik hadisəsi idi. Azərbaycan Konstitusiyasının 23 maddəsində dəyişiklik edildi, eyni zamanda 6 yeni maddə əlavə olundu. Konstitusiya islahatının əhəmiyyətini artıran amil isə onun insan hüquq və azadlıqlarının daha da yaxşılaşdırılmasına, siyasi idarəçiliyin çevik formaya salınmasına, sosial-iqtisadi islahatların daha da gücləndirilməsinə xidmət etməsidir. Azərbaycan vətəndaşları irəli sürülən dəyişikliklərə müsbət cavab verdi. Bu isə xalqın Prezident ilham əliyevə etimadının daha bir sübutuna çevrildi.
Bu gün, Prezident ilham əliyevin rəhbərliyi ilə daha uğurlu gələcəyə hədəflənən islahatlar dövründə bələdiyyələr də özünün inkişaf mərhələsini keçir, əhalinin mənafeyi naminə yerli əhəmiyyətli sosial məsələlərin həllində, vətəndaşların yerli özünüidarəetmə proseslərinə cəlb olunmasında fəal iştirak edir. Dövlətimizin başçısı bələdiyyələrin fəaliyyətinə böyük önəm verir. “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər haqqında” Referendum Aktı layihəsinə bələdiyyələrin fəaliyyəti ilə bağlı bəndin salınması da bu diqqətin göstəricisidir. Bu, yerli özünüidarəetmə orqanlarının hüquqi məsuliyyətinin artırılması baxımından son dərəcə böyük əhəmiyyətə malikdir...
Danılmaz faktdır ki, ölkəmizdə aparılan quruculuq və inkişaf prosesləri həyatımızın bütün sahələrinə təsir edir. Bu inkişaf Azərbaycanın bütün bölgələrində, paytaxtımız Bakıda olduğu kimi, doğma Binəqədi rayonunda da özünü bariz şəkildə göstərməkdədir.
Biz də Bələdiyyə olaraq bu inkişafla ayaqlaşmağa çalışır, fəaliyyətimizi gücləndirir, məsuliyyətimizi gündən-günə artırır və möhtərəm Prezidentimiz ilham əliyevin “Biz hər bir işimizlə xalqımızın xidmətindəyik” fikrini rəhbər tutaraq əhalinin rahatlığı naminə daha ciddi uğurlar qazanmağa səy göstəririk. Ümumi işimiz sakin rifahına, vətəndaş-məmur münasibətlərinin daha da inkişaf etdirilməsinə yönəlmişdir.
2017-ci il yanvarın 12-də Binəqədi Rayon icra Hakimiyyətində - Rayon icra hakimiyyətinin başçısı cənab Xaləddin isgəndərovun sədrliyi ilə rayon müşavirəsi keçirildi. Müşavirədə rayon bələdiyyələrinin fəaliyyətində, o cümlədən bələdiyyə vergi və rüsumlarının yığılmasında, vətəndaşları narahat edən yerli əhəmiyyətli məsələlərin həllində, sakinlərin müraciətlərinə baxılmasında nöqsanlara yol vermələri, bəzi bələdiyyələrin öz fəaliyyətini müasir tələblər səviyyəsində qura bilməmələri diqqətə çatdırıldı, iradlar bildirildi. Haqlı iradları qəbul edirik. Görülən işlərə, həyata keçirilən tədbirlərə baxmayaraq, istər sakinlərə göstərilən qayğıda, istərsə də müraciətlərə baxılmasında işimizdə nöqsanlar var, belə desək, işimizi lazımı səviyyədə qura bilməmişik. Amma əmin etmək istəyirik ki, bundan sonra göstərilən iradların aradan qaldırılmasına böyük səylə çalışacaq, işimizdə hərtərəfli dönüş yaradılmasına nail olmaq üçün bütün qüvvəmizi səfərbər edəcəyik...
indi isə, icazənizlə Bələdiyyəmizin hesabat dövründəki fəaliyyətini diqqətinuizə çatdırmaq istəyirəm...
Bələdiyyəmiz öz fəaliyyətini mövcud qanunvericiliyə və təsdiq edilmiş iş planına əsasən həyata keçirmişdir.
Hesabat dövründə bələdiyyəmizin hər ay ümumi iclasları keçirilmiş, baxılmış məsələlərlə bağlı qərarlar qəbul edilmiş və icrası təmin edilmişdir. Baxılmış məsələlər arasında daimi komissiyalar və şöbələrin fəaliyyətinə dair hesabatlar, sosial-maliyyə məsələləri, təmir-tikinti və abadlıq işləri, vətəndaşların müraciətlərinə baxılması və digər məsələlər olmuşdur. 2016-cı ildə keçirilmiş 17 ümumi iclasda baxılmış məsələlərə aid 64 qərar qəbul edilmişdir.
Ötən il müddətində bələdiyyəmiz vətəndaşların qəbulu və müraciətlərinə baxılmasına xüsusi diqqət yetirmişdir. il ərzində bələdiyyənin ünvanına vətəndaşlardan 490 müraciət daxil olmuşdur ki, bu müraciətlərin həlli istiqamətində də müvafiq addımlar atılmışdır. Vətəndaşların rahat və operativ qəbulunun təmin edilməsi də əsas tələblərdən biri olmuşdur. Ümumiyyətlə il ərzində bələdiyyə aparatı tərəfindən 1450 nəfərdən artıq vətəndaş qəbul edilmişdir.
Sakinlərlə yerlərdə səyyar görüşlərin keçirilməsi də daim diqqət mərkəzində saxlanmışdır. Mütamadi olaraq rayonun ağsaqqaları, gəncləri, məhəllə komitələri ilə çoxsaylı görüşlər keçirilmişdir.
Sakinlərin bələdiyyənin fəaliyyətini mütəmadi izləyə bilməsi üçün, eləcə də müraciətlərini bələdiyyəyə gəlmədən belə bizə ünvanlaya bilməsi üçün sosial şəbəkələrdə, o cümlədən Facebook sosial şəbəkəsində bələdiyyəmizin səhifəsi və yaradılmış (012) 562-85-16 nömrəli qaynar xətt daha da aktivləşdirilmişdir.
“Azərbaycanda Yerli Demokratiya həftəsi” çərçivəsində keçiriləcək həftə haqqında əhali əvvəlcədən məlumatlandırılmış, elan və plakatlar vurulmuş, “Açıq qapı” günü təşkil edilmiş, ərazinin müxtəlif yerlərində “Poçt qutuları” quraşdırılmışdır. Bütün bu kimi tədbirlər bələdiyyə-vətəndaş, vətəndaş-bələdiyyə münasibətlərinin inkişafına və şəffaflığın artırılmasına xidmət etmişdir.
Bələdiyyə ilə əhali arasında münasibətlərin demokratik həyata keçirə bilmək üçün Məhəllə Komitələrinin də rolu mühümdür. Ümumiyyətlə, biz çalışmışıq ki, Məhəllə Komitələrinin sədrləri, üzvləri əhali arasında yüksək nüfuza malik, fəal sakinlərimiz olsun və onların vasitəsi ilə əhali ilə sıx əlaqə yaradılsın. Hal-hazırda 70-dən çox məhəllə komitəsi fəaliyyət göstərir. Misal üçün son dövrdə A.Məmmədov 56-57 saylı binaların Məhəllə Komitələrinin təşəbbüsü və sakinlərimizin istəyi ilə həmin ünvanda söhbətgah quraşdırılmış, ətraf ərazi abadlaşdırılmışdır. Və biz bu istiqamətdə fəaliyyətimizi daha da aktivləşdirəcəyik.
Bələdiyyə Binəqədi RiH-in “Sakinlərin müraciətləri xidməti-1646” ilə də mütəmadi olaraq çalışır. Xidmətdən bələdiyyəyə əsasən Novxanı, Fatmai ,Goradil bağlar massivi ilə bağlı sakin müraciətləri ünvanlanır.
Hesabat dövründə bələdiyyə nəzərdə tutulan tədbirləri həyata keçirərkən təsdiq edilmiş büdcənin icrasına da ciddi nəzarət etmişdir.
Ümumiyyətlə 2016-cı il üçün bələdiyyə büdcəsinin gəlir və xərc hissəsi 745,9 min manat həcmində təsdiq edilmişdir.
Hesabat dövründə bələdiyyə büdcəsinə 512.000 manat gəlir daxil olmuşdur ki, bunlar da aşağıdakı kimi olmuşdur:
- Yaşayış fondlarının, həyətyanı sahələrin
və bağ massivlərinin torpaqlarına
görə torpaq vergisindən – 54.400 manat
- fiziki şəxslərin əmlak vergisindən – 253.800 manat
- bələdiyyə torpağının icarəyə verilməsindən – 8.500 manat
- sair rüsum və ödənişlərədən daxilolmalar – 7.000 manat
- bələdiyyənin göstərdiyi
xidmətlərdən daxilolmalar – 16.800 manat
- Dövlət büdcəsindənverilən dotasiya – 95.000 manat
2016-cı ildə büdcəyə mədaxil 2015-ci ilə nisbətən 65.000 min manat, başqa sözlə 14% artıq olmuşdur.
Bələdiyyənin büdcəsinə daxilolmalar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Vergi Məcəlləsinə və bələdiyyənin qəbul etdiyi müvafiq qərarlara və normativlərə əsasən hesablanmışdır. əhalidən rüsumların və vergilərin yığılması zamanı Vergi ödəyiciləri arasında mövcud qanunlar barədə məlumatlandırılma işləri də aparılmışdır. Vergilərin ödənilməsindən yayınanlara qarşı xəbərdarlıq və qanunla nəzərdə tutulan inzibati tədbirlər görülmüşdür. Inzibati icraat haqqında qanuna əsasən ev təsərrüfatına dair 282 nəfərə 31.279 man., 19 təsərrüfat subyektinə qarşı 164.900 manat yaranmış vergi borcunun ödənilməsinə dair iddia qaldırılmışdır. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 102-ci maddəsində nəzərdə tutulan müddəalara əsasən 12000 təqaüdçü təqdim edilmiş sənədlər əsasında əmlak vergidindən güzəşt hüququ əldə etmişdilər ki, güzəşt məbləği də 14.400 AZN təşkil etmişdir.
Bələdiyyə büdcəsinə əlavə vəsaitlərin cəlb olunması məqsədi ilə ərazidə xidmət sahəsi kimi 5-dən çox dayanacaq, eyni zamanda 7-ci mkr., A.Kunanbayev 24 ünvanında bələdiyyə yarmarkası yaradılmışdır.
Bələdiyyə büdcəsinə daxil olmuş vəsaitlər aşağıdakı istiqamətlər üzrə xərclənmişdir:
O cümlədən,
və qulluqçularının əmək haqqına – 119.900 man,
müfəttişlərin əmək haqqına –80.600 man,
(dayanacaqlar) –2.400 man,
daşınması və zərərləşdirilməsinə – 70.400 man,
həyata keçirilməsinə – 17.014 man.
Xüsusilə qeyd edilməlidir ki, bələdiyyəmiz işini Binəqədi rayonu ərazisində fəaliyyət göstərən bir özünüidarəetmə qurumu kimi daim RiH ilə sıx təmasda, qarşılıqlı işgüzar əlaqələr əsasında qurmuşdur. RiH tövsiyyəsinə uyğun olaraq Novxanı, Goradil, Fatmai bağları, çimərlik və yaşayış sahəsinə xüsusi diqqət ayrılır. Ilin fəslindən asılı olmayaraq burada insanların gəliş-gedişi, yaşaması sürətlə artır və bu proseslər təbii olaraq həmin ərazidə ekoloji tarazlığın qorunması, təmizlik işlərinə nəzarətin artırılmasını günün əsas tələbinə çevirir. Çoxsaylı təmizlik aksiyaları bu sahədə maarifləndirmə xarakteri daşıyır.
Yaz-yay mövsümünə hazırlıq mərhələsində ekoloji durumun yoxlanılması ilə bağlı bələdiyyə kütləvi istirahət zonalarının kanalizasiya sularının qanunsuz şəkildə dənizə axıdılması ilə bağlı monitorinq keçirilmiş, bir neçə təsərrüfat subyekti aşkar olunmuş qanun pozuntusuna dair aktlar tələb edilmiş və cərimələnmişdir.
- Sakinlərimizin müraciətləri əsasında azadlıq prospekti 32 və S.S.Axundov 91A ünvanlarında mənzillərdə və binaların girişlərində pəncərələrin bir qismi təmir edilmiş;
- Ziya Bünyadov prospektində qazon örtüyünün yenilənməsi və güllərin əkilməsi;
- Azadlıq prospekti 16, 20, 58, H.Huseynov küçəsi 15, A.Məmmədov küçəsi 57, 59, 119 saylı , S.Məmmədova küçəsi, A.Kunanbayev küçələrində, məhəllədaxili parklarda küçə işıqlandırmaları daimi nəzarətdə saxlanmış, yenisi ilə əvəz edilmişdir;
- S.S.Axundov küçəsi 4 ünvanında məhəllədaxili parklarda abadlıq-quruculuq işləri aparılmış;
- ərazidə müxtəlif ünvanlarda mövcud olan fəvvarə və şəlalələr təmir edilmiş;
- Novxanı, Fatmayi, Goradil bağ massivində mütəmadi olaraq təmizlik aksiyaları həyata keçirilmiş;
- Azadlıq prospekti boyunca məişət tulantıları konteynerləri və yolboyu çiçəklər mövsümü olaraq yenisi ilə əvəzlənmiş;
-“Yeni il” ərəfəsində Azadlıq prospekti boyunca bəzədilmə işləri sakinlərimizin də marağına səbəb olmuşdur;
- 272 saylı uşaq bağçasının həyətində yol infrastrukturunun yenilənməsi, yeni asfalt örtüyün çəkilməsi isə ərazidə fəaliyyət göstərən müəddisə və təşkilatlara qurulmuş qarşılıqlı əlaqəyə sadə bir nümunədir.
Sakinlərimizin çoxsaylı istəklərinə əsaslanaraq Azadlıq prospekti 20/180 və 32/196 ünvanlarda bələdiyyəmiz tərəfindən artezian quyusunun qazılması və istifadəyə verilməsi də müsbət qiymətləndirilən məqmlardan biri olmuşdur.
Bələdiyyə sakinlərin sosial problemlərinin həlli sahəsində də səylərini əsirgəməmişdir. Tənha qocalar, əlillər, şəhid və aztəminatlı ailələrin yaşama şəraiti ilə maraqlanılmış, sakinlər müxtəlif bayramlarda evlərində bələdiyyə nümayəndələri tərəfindən ziyafət edilmiş, sovqatlar verilmişdir. Il ərzində bələdiyyə büdcəsindən 4040 manat bu kmi məsələlərin həllinə yönəldilmişdir.
Eyni zamanda Novruz, Ramazan, Qurban bayramı münasibətilə sovqatların verilməsi və iftar süfrələrin açılmasına prosesi təşkil edilmiş və bunlara 7300 manata yaxın vəsait ayrılmışdır.
Ölkə Prezidenti ilham əliyevin həyata keçirdiyi siyasəti öz işində rəhbər tutan bələdiyyəmiz çoxsaylı sosial yönümlü layihələr icra etmişdir ki bunlardan ilkin olaraq da RiH-nin tövsiyyələrinə uyğun olaraq bələdiyyədə “ictimai və humanitar sektor”-un yaradılmasını xüsusi vurğulamalıyam.
icazənizlə bir sıra digər tədbir və layihələri də qısa olaraq nəzərinizə çatdırım :
Bələdiyyəmiz hesabat ili ərzində Giz Alman əməkdaşlıq təşkilatı, Mirzə ələkbər Sabir Fondu və rayonumuzda fəaliyyət göstərən digər bələdiyyələrlə qarşılıqlı əməkdaşlıq şəraitində çalışmış, çoxsaylı tədbirlər, təlimlər, sosial aksiyalar həyata keçirmişdir. Siz monitorda həmin tədbirlərdən görüntüləri izləyə bilərsiniz.
Eləcə də ötən il Bələdiyyənin beynəlxalq əlaqələrində də məhsuldar lığı ilə yadda qalmışdır. 01 iyun tarixində “HOME-Mənzil Sektorunda islahatlara doğru Azərbaycan, Belarus, Moldova, Gürcüstan və Ukraynada Mənzil Mülkiyyətçilərinin potensialının artırılması” layihəsi çərçivəsində “şərqi Avropada Mənzil Təsərrüfatı” təşəbbüskarları Qeyri-Hökümət Təşkilatının təşkilatçılığı ilə şərqi Avropa ölkələrindən olan 30-dan çox şəxsin iştirak etdiyi nümayəndə heyəti Binəqədi rayonunda səfərdə olmuş, Mənzil idarəçiliyi Resurs informasiya Mərkəzində görülən işlərlə tanış olmuşlar. Noyabrın ayının 23-də Litva Bələdiyyələr ittifaqının prezidenti, Paqeqai əyalətinin meri, Litva Bələdiyyələr ittifaqının müşaviri, Trakay şəhər bələdiyyəsinin deputatı daxil olduğu nümayəndə heyəti Azərbaycana səfər çərçivəsində Binəqədi rayonunda olmuşlar.
Binəqədi RiH ilə birgə Goradil bağ massivində 2 saylı evtikmə kombinatı və Muğan sanatoriyalarında məskunlaşmış Xocalı şəhidlərinin ailələri və məcburi köçkünləri ilə görüşməyimiz, balaca sakinimiz Ağabalayev əli Nair oğlunun kiçik bir istəyini reallaşdırmağımız, Səhiyyə işçilərinin peşə bayramı münasibətilə qocaman səhiyyə işçiləri evlərində ziyarətimiz, Uşaq Fondunun Binəqədi şöbəsinin “əlil Uşaq və Gənclərlə iş” Mərkəzinin 1-4 iyul tarixlərində Rusiyanın Federasiyasının Sankt-Peterburq şəhərində “Mən bacararam” adlı layihəsi çərçivəsində 8-ci Beynəlxalq festivalda iştirak etmələri üçün yol xərclərinin bələdiyyəmiz tərəfindən ödənilməsi, 23 avqust tarixində Füzuli və Cəbrayıl rayonlarının işğal günü ilə bağlı məcburi köçkünlərlə görüşümüz, ilk dərs günü münasibətilə məktəblilərimizi təbrik etməyimiz, Ahıllar Günü , Beynəlxalq Müəllimlər Günü, Beynəlxalq əlillər günü sakinlərimizlə evlərində bayramlaşmağımız və digər bu kimi çoxsaylı tədbir və görüşlərimiz Cənab Prezidentimiz ilham əliyevin “Mən xalqımın bir nömrəli xidmətçisiyəm!” fikrindən qaynaqlanan əməli fəaliyyətimizdir.
Balaca sakinlərimizlə keçirdiyimiz çoxsaylı sosial aksiyalar cəmiyyətə verilən bir mesaj idi.
Oktyabr ayının 31-dən noyabr ayının 5-dək start götürmüş, Çox mədəniyyətli cəmiyyətlərdə birgə yaşayış: hörmət, dialoq, qarşılıqlı əlaqə” adı altında həyata keçirilən “Azərbaycanda Yerli Demokratiya Həftəsi” çərçivəsində sakinlərlə çoxsaylı görüşlər keçirilmiş, Binəqədi Gənclər evində eyni mövzulu təlim təşkil edilmiş, “Biz Gələcəyik!” adlı soail aksiya keçirilmiş, bələdiyyəmizin rəhbər vəzifələri bir gün müddətində məktəblilərə həvalə edilmişdir.
“Bayraq günü” münasibətilə Binəqədi qəsəbə Bələdiyyəsi ilə Bayraq muzeyinə səfərimiz isə məktəblilərimizin vətənpər ruhda, düzgün inkişaflarına bələdiyyənin də töhfəsinin olması istiqasmətində atılmış addımlardan idi.
“Azərbaycan heç vaxt indiki kimi inkişaf etməyib!” Prezident ilham əliyevin qeyd etdiyi bu inkişaf hərimizin gözü önündəvbaş verir və ölkəmizlə duyduğumuz qürur hissini daha da artırır. Dövlətimizin başçısı hər bir vətəndaşın prezidenti olduğunu, nöqsanlara qarşı barışmazlığını, dövlətin, xalqın mənafeyi naminə qanunun aliliyi prinsipini hər çeydən üstün tutduğunu bütün qərarları ilə təsdiq edir. Dəfələrlə söyləyir ki,” bizim siyasətimizin hədəfində Azərbaycan vətəndaşı dayanır”. Bu fikirlər hər birimizi sevindirməklənyanaşı, öz işimizdə, fəaliyyətimizdə daha inamlı, daha ardıcıl, daha məsuliyyətli olmağa səfərbər edir. Biz də fəaliyyət göstərdiyimiz iki il müddətində bu məsuliyyəti bir anda unutmadıq. Hər addımımızda anladıq ki, xalqımıza, insanlara xidmət etməliyik.
Bələdiyyə büdcəsinin əsas gəlir mənbəyi yerli vergi və ödənişlərdən daxil olan vəsaitlərdir. Daha bir vacib məsələ isə həmin gəlirlərdən səmərəli istifadə edə bilməkdir. Bu vəsait hesabına davamlı gəlir gətirən müəssisələr və xidmət sahələrinin yaradılması da çox vacibdir. Bələdiyyələrin qarşısında duran məsələlərin icrası, mövcud resursların yerli səviyyədə müəyyən edilmiş hədəflərə, sosial yönümlü məsələlərin həlinə yönəldilməsi Siz seçicilərimizin dəstəyinə daha böyük ehtiyac yaradır.
Düzdür, problemlər var, lakin bu problemlər bizi qorxutmur!
Dövlətimizin qayğısı, ölkəmizin inkişafı və Siz seçicilərimizin inamı bizə, göstərilən etimadı doğrultmaq istiqamətində yorulmaz fəaliyyətimizə stimul verir.
Sizlərə xidmət etməkdən qürur duyuruq, əziz seçicilərimiz!
Sitarə Cabbarlı
Binəqədi bələdiyyəsinin sədri