"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Problemli bələdiyyələr, yoxsa problemli sədrlər

--2021-12-14 / 06:37

iyirmi illik fəaliyyətimizin əsas məqsədi Ulu öndər Heydər əliyevin təşəbbüsü, dəstəyi və iştirakı ilə təsis edilən bələdiyyələrin fəaliyyətinin təbliği olub. Ötən dövrdə müəyyən mənada əməkdaşlıq etdiyimiz bələdiyyələrin həm fəaliyyətini, həm də onların qarşılaşdıqları problemlərini ictimailəşdirməklə həllinə az da olsa nail ola bilmişik. Cari ildə bələdiyyə üzvlərinə vəsiqələrin verilməsi və Ekologiya və təbii sərvətlər nazirliyi ilə bələdiyyələrin görüşlərinin təşkili həyata keçən müsbət addımlardan hesab etmək olar. Bununla yanaşı Dövlət Vergi Xidməti və əmlak məsələləri Dövlət Xidmətiylə bələdiyyələrin qarşılaşdıqları problemlərin həlliylə bağlı ciddi yazışmaların davam etdirilməsi həqiqətən həm səbr, həm də hər kəsdən təmkin tələb edir.

Etiraf etməliyik ki, qanunvericilikdəki boşluqlar aradan qaldırılmış olsa da, yerli icra strukturlarının müdaxiləsinə və mərkəzi icra orqanlarının bələdiyyələrə ögey münasibətinə son qoyulmuş olsa da belə, bu gün ciddi problemlərlə üz-üzə qalan bələdiyyələri düşdükləri vəziyyətdən yalnız özlərinin dəstəyi ilə çıxa bilərlər.

Göründüyü kimi, bələdiyyə sədrinin ətrafında üzvlər və bələdiyyə qulluqçuları birləşmiş olsalar, hesab edin ki, o bələdiyyənin elə də ciddi problemi olmaz. Amma təəssüf ki, bu fikri bir çox bələdiyyə sədrlərinə, xüsusəndə son seçkilərdən sonra formalaşan bəzi bələdiyyələrə aid etmək mümkün deyil. Bu gün bələdiyyənin problemlərinin həllinə çalışdığımız bir məqamda bir sıra bələdiyyə sədrlərinin diqqəti cəlb edən addımları nəticə etibaryilə ümumi bələdiyyə sisteminin çəkisinə və fəaliyyətinə ciddi şəkildə xələl gətirir, desəm, yəqin ki yanılmaram.

şəxsən bizə çox maraqlıdır, nəyə görə cari ilin sentyabrın 20-də Qəbələ bələdiyyəsinin sədri Ramin əliyevə ünvanladığımız sorğu məktubuna cavabı yalnız iki aydan sonra şəki regional ədliyyə idarəsinin müdaxiləsindən sonra almalıydıq. Maraqlıdır, bələdiyyə sədri kimə, yoxsa nəyə güvənib ona ünvanlanan sorğuya bu cür etinasız şəkildə diqqətdən kənarda saxlayır? Tələm-tələsik göndərdiyi cavaba isə düşünürəm ki, vaxt tapıb ayrıca bir yazı hazırlayacağam. Çünki gərək belə məqamda da tövsiyəmizi əsirgəməyək. Nə isə...

Və yaxud daim ciddi şəkildə tənqidimizə tuş gələn Biləcəri, Xocasən, əhmədli və ən nəhayət Nəsimi bələdiyyəsindən səs-sorağın gəlməməsi, hətta yazılanları özləri oxusalarda bələdiyyə daxilində müzakirə belə edilməməsi daha çox bizi yox, onları düşündürməli, tərəfimizdən qaldırılan problemlərin həllinə heç olmasa səy göstərməliydilər, ən azı.

DSMF-yə 784 minlik borcu olan Biləcəri bələdiyyəsi “komxoza” aid zibil qutularının təkərlərinin rəngləməklə nəyə görə məşğul olmalı və sosial media üzərindən bəh-bəhlə təblig etməliydi. Və ya maraqlıdır əhmədli bələdiyyəsinin bu gün düşdüyü faciəli durumu özləri hiss edirlərmi? Müşahidələr göstərir ki, hiss olunmur.

Xocasən bələdiyyəsinə aid Sulutəpə qəbrstanlığında ikinəfərlik məzar yeri üçün açıq şəkildə yüksək bir məbləğin istənilməsinə nə ad verək. Heç olmasa burdan əldə edilən maliyyə vəsaitini DSMF borcuna slinməsinə yönəldilsəydi heç bu məsələnin üstünə gəlməzdim. Nə isə...

Nəhayət, Nəsimi bələdiyyəsinin yeni seçilən sədri əziz Zeynalov, maraqlıdır, bu gün bələdiyyəni üzləşdiyi indiki xoşagəlməz vəziyyətdən necə çıxaracaq, bilirmi? Bu gün-sabah fəaliyyətinin iki ili tamam olacaq. Nəyi düşünür? Hələ təsis edildiyi gündən, əziz Axundovun rəhbərliyi dövrdən, paytaxtın nümunəvi bələdiyyəsi səviyyəsinə çatan Nəsimi bələdiyyəsi son iki ildə hansı layihələri icra edib, bilən varmı? Ümumiyyətlə, Nəsimi, Xocasən, Biləcəri və əhmədli bələdiyyələrində şəffaflıq prinsipləri nə vaxt qorunacaq?

iki ildir bələdiyyənin inzibati binasında təmir işlərini başa çatdıra bilməyən, əmək müfəttişliyinə 1.500 manat cərimə ödəyən, öz hüquqşünasına Ali Məhkəməyədək uzanan prosesdə uduzan, bu günədək işçilərinə normal fəaliyyət üçün şərait yaratmayan, üstəlik özunəməxsus şəxsi BMV markalı avtomobili bələdiyyəyə satmaqda sədrin marağı nə idi. Sonuncu məqamın həqiqətə uyğun olub-olmadığını yəqin ki hörmətli sədrin özü aydınlıq gətirəcək.

Biz adları çəkilən bələdiyyələrdə cərəyan edən digər məqamlara isə vaxtı gələndə toxuncağıq. Və qeyd etdiyim bələdiyyə sədrlərinə tövsiyə edərdim ki, haqqımızda dəyərsiz sözlər işlədincə qarşılaşdığınız problemlərin həllinə çalışsaydınız fəaliyyətiniz daha maraqlı olardı.

Sonda inanıram ki, qaldırılan məsələlərə inzibati nəzarəti həyata keçirən orqan da öz münasibətini bildirəcəkdir.   

P.S. Qarşıdan bələdiyyələrin fəaliyyətinin iyirmi iki tamam olan ərəfədə bəlkə də belə sərt formada yazı yazmamalıydım, amma sədrlərin bəzi etikadankənar hərəkəti sayəsində məcbur oldum, odur ki, dostlardan xahiş edirəm üzrlü hesab edəsiniz.

P.S.S. Bütün hallarda adları keçən bələdiyyələrin və bələdiyyə sədrlərinin qaldırılan məsələrlə bağlı istənilən fikir və mülahizələrin saytda yerləşdirməyə hazırıq.

Vüqar Tofiqli  

ŞƏRHLƏR