Məlum olduğu kimi, Bakı şəhərində 12 inzibati rayon formalaşdırlıb. Bəs hazırda vəzifələrini icra edən Bakı və 12 rayona təyin edilən icra başçıları nə vaxtdan vəzifələrinin icrasına başlayıblar?
Belediyye.info olaraq bununla bağlı apardığımız araşdırmanın nəticələrini sizin diqqətinizə çatdırırıq. Qeyd edək ki, məlumatlar bu rayonların internet resurslarından götürülüb.
-Xəzər rayon icra Hakmiyyətinin başçısı islamov Gülağa Bayram oğlu-bu ilin dekabrında yetmiş yaşı tamam olacaq icra başçısı 25 yanvar 1995-ci il tarixdən bu vəzifəyə təyin edilib. icra başçısı kimi 23 illik iş staji var.
-Bakı şəhər icra Hakmiyyətinin başçısı Hacıbala Abutalıbov - 2001-ci ilin yanvar 31-dən bu vəzifəyə təyinat alıb. Bundan əvvəl isə 1995-ci ilin fevral ayından 2000-ci ilin yanvar ayınadək Prezidentin Fərmanı ilə Suraxanı RiH başçısı, 2000-ci ilin yanvar ayından 2001-ci ilin yanvar ayına qədər Azərbaycan Respublikası Baş nazirin müavini vəzifəsində çalışmışdır. Fizika-riyaziyyat elmləri doktoru, professordur. Amerika, ingiltərə, Fransa, Almaniya, Rusiya və sair dövlətlərin qabaqcıl elmi jurnallarında çap olunmuş 200-dən çox elmi əsərin və monoqrafiyanın, 30-dan çox elmi ixtiranın müəllifidir.H.i.Abutalıbovun rəhbərliyi altında 10-dan çox elmlər doktoru və elmlər namizədi yetişmişdir. Professor icra başçısı olaraq 22 illik iş staji var.
-Səbail rayon icra Hakimiyyətinin başçısı əzizov Eldar əziz oğlu -2015-ci ilin sentyabr ayından bu vəzifəyə təyinat alıb. Bundan əvvəl isə prezident sərəncamıyla 2000-ci ilin iyun ayından Bakı şəhər Nizami rayon icra Hakimiyyətinin başçısı, 2003-2011-ci illərdə Gəncə şəhər icra Hakimiyyətinin, 2011-2015-ci illərdə Sumqayıt şəhər icra Hakimiyyətinin başçısı olmuşdur. 1979-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. icra başçısı olaraq 18 illik iş staji var.
-Nərimanov Rayonu icra Hakimiyyətinin Başçısı Fərzəliyev Abdin ələsqər oğlu-2005-ci ilin dekabr ayından bu vəzifəyə təyina talıb. Bundan əvəl isə 1998-ci ilin fevral ayından 2003-cü ilin aprel ayına qədər Bakı şəhər icra Hakimiyyəti Başçısı Aparatının Gənclər, idman və Turizm Baş idarəsinin rəisi vəzifəsində işləmişdir. 2003-cü ilin aprel ayında prezident sərəncmaıyla Nizami rayonu icra Hakimiyyətinin Başçısı vəzifəsinə təyinat almlşdı. icra başçısı olaraq 15 illik iş staji var.
--Suraxanı rayon icra Hakimiyyətinin başçısı Abbasov ilqar Namaz oğlu -21 dekabr 2005-cı ildən bu vəzifəyə təyinat alıb. 2004-2005-ci illərdə Bakı şəhəri Nərimanov Rayon icra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. icra başçısı olaraq 14 illik iş staji var.
--Qaradağ rayon icra Hakimiyyətinin başçısı Süleyman Surxay oğlu Mikayılov 04 mart 2010-cu il tarixdən bu vəzifəyə təyinat alib. Bundan əvvəl 2005-ci ilin dekabr ayınadək Yardımlı Rayon icra Hakimiyyətinin, 21 dekabr 2005-ci il tarixindən Lənkəran şəhər icra Hakimiyyətinin başçısı olub. icra başçısı olaraq 13 illik iş staji var.
-Xətai rayon icra Hakimiyyətinin başçısı Razim isa oğlu Məmmədov - 26 sentyabr 2006-cı il tarixdən bu vəzifəyə təyinat alıb. Bundan əvəl isə 1999-cu ildə yaradılmış “Real-inşaat” firmasının həmtəsisçisi, 2004-cü ildə Sumqayıt şəhərində yaradılmış “Real Tibb Mərkəzi” MMC-nin təsisçisi və direktoru olub. icra başçısı olaraq 12 illik iş staji var.
-Yasamal Rayon icra hakimiyyətinin başçısı əzizov əziz imran oğlu- 02 fevral 2018-ci il tarixdən bu vəzifəyə təyinat alıb. 08.08.2006 – 02.02.2018 – Cəlilabad Rayon icra Hakimiyyətinin başçısı olub. icra başçısı olaraq 12 illik iş staji var.
- Nəsimi rayon icra Hakimiyyətinin başçısı əsgərov Asif Yunis oğlu-2 sentyabr 2015-ci il tarixdən bu vəziufəyə təyinat alıb. Bundan əvvəl isə prezident sərəncamıyla 2000-2006-cı illərdə Gənclər, idman və Turizm Nazirinin müavini , 15 fevral 2006-cı il tarixli sərəncamı ilə Zaqatala Rayon icra Hakimiyyətinin başçısı, 25 iyun 2009-cı il tarixli sərəncamı ilə Səbail rayon icra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Fəlsəfə doktoru, professor, Respublikanın əməkdar Məşqçisi, Respublika dərəcəli hakimdir. icra başçısı olaraq 12 illik iş staji var.
-Nizami Rayon icra Hakimiyyətinin başçısı Qasımov Arif Adil oğlu- 22 sentyabr 2015-ci il tarixdən bu vəzifəyə təyinat alıb. Bundan əvvəl isə 2011- 2015-ci illərdə Siyəzən RiH başçısı vəzifəsində çaIışıb. icra başçısı olaraq 7 illik iş staji var.
-Sabunçu rayon icra hakimiyyətinin başçısı Vəliyev Adil ənvər oğlu -2012-ci ilin aprel ayının 14-də bu vəzifəyə təyinat alıb. Bundan əvvəl 2003-2012-ci illər ərzində özünün təsis etdiyi “Euro Style” LTD şirkətinin rəhbəri, ondan əvvəl isə icra strukturlarında məsul vəzifələrdə çalışıb. ixtisasca hüquşünasdır. icra başçısı olaraq 6 illik iş staji var.
-Binəqədi rayon icra Hakimiyyətinin başçısı isgəndərov Xaləddin şahmar oğlu - 26 aprel 2012-ci il tarixdən bu vəzifəyə təyinat alıb. Ondan əvvəl isə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. icra başçısı olaraq 6 illik iş staji var.
-Pirallahı rayon icra Hakimiyyətinin Başçısı imanov Vasif Həsən oğlu- 7 mart 2013-cü il tarixdə bu vəzifəyə təyinat alıb. icra başçısı olaraq 5 illik iş staji var.
Belediyye.info