Xətai bələdiyyəsi sakinlər arasında koronovirusla mübarizə ilə bağlı maarifləndirici görüşlərini davam etdirir. Bu görüşlərlə bağlı Xətai bələdiyyəsi sakinlərin iştirakıyla videorolikdə hazırlayıb. Rolikdə tanınmış ictimai xadim, professor, Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Məzahir Rüstəmovun atası izzət Rüstəmov rayon sakinlərini koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə məqsədilə həyata keçirilən qabaqlayıcı tədbirlərə riayət etməyə çağırıb. O cümlədən əhalinin sağlamlığının qorunması üçün bu tədbirlərin əhəmiyyəti və karantin rejiminin tələblərinə ciddi riayət edilməsinin vacibliyi vurğulanıb.
Bununla bağlı məlumat adıçəkilən bələdiyyədən daxil olub.
Karatin dövründə bələdiyyə sakinlərlə izahat xarakterli görüşlərini davam etdirəcəkdir.
Belediyye.info