Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayonunun Məhəmmədli bələdiyyəsinin mənimsəmədə təqsirləndirilən sədri Vaqif Nəbiyev və bələdiyyə üzgü Nazim Pənahovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın xəbərinə görə, hakim əlövsət Abbasovun sədrliyi ilə keçirilən iclasda prokuror çıxış edib. O, V. Nəbiyevin və N. Pənahovun cinayətinin məhkəmə istintaqı zamanı sübuta yetirildiyini deyib.
O, V. Nəbiyevin 8 il, N. Pənahovun isə 7 il müddətinə azadlıqdan məhrum olunmasını, hər iki şəxsin məhkəmə zalında həbs olunmasını istəyib.
Proses dekabrın 21-də davam etdiriləcək.
Qeyd edək ki, Abşeron rayonunun Məhəmmədli kəndinin sabiq bələdiyyə sədri V.Nəbiyev Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə idarəsi tərəfindən həbs olunub. N. Nəbiyev bir neçə vətəndaşa 99 min manat miqdarında maddi ziyan vurmaqda, pullarını mənimsəməklə ittiham olunur.
Daha sonra o, polisin nəzarətinə verilmə qətimkam tədbiri ilə azadlığa buraxılıb.
https://apa.az/xeber-az/hadise/prokuror-belediyye-sedrine-ceza-isteyib-9101.html

