Psixoloji Xidmət və Tədqiqatlar ictimai Birliyi AQSiA ilə əməkdaşlıq haqqında memorandum imzalayıb. Bu barədə məlumatı adıçəkilən ictimai birlik yayıb. Azərbaycan Qadın Sahibkarlarının inkişafı Assosiasiyası (AQSiA) üzvləri, departament rəhbərləri ilə növbəti planlama görüşünü keçirib. Görüş zamanı çıxış edən AQSiA-nın sədri Səkinə Babayeva belə bir assosiasiyanın yaradılması zərurəti sahibkar qadınların dövlət başçısının və dövlət qurumlarının nümayəndələri ilə görüşləri zamanı yaranan suallardan irəli gəldi. Bu qənaətə gəldik ki, iqtisadiyyatın və sahibkarlığın inkişaf etdirilməsi üçün belə bir assosiasiyanın yaradılması vacibdir. iqtisadiyyat Nazirliyi, eyni zamanda, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dəstək alandan sonra bu qurum yaradıldı. Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsindən irəli gələn tapşırıqlara əsasən qadın sahibkarların fəaliyyətinin daha da genişləndirilməsi baxımından düşünürəm ki, bu assosiasiyanın böyük rolu olacaq.
Daha sonra AQSiA-ya üzvü olan bir sıra təşkilatlarla əməkdaşlıq haqqında memorandum imzalanıb. Psixoloji Xidmət və Tədqiqatlar ictimai Birliyi ilə əməkdaşlıq haqqında memorandum imzalanıb. Birliyin sədri Təranə Məmmədova bu sənədin hər iki təşkilat üçün əhəmiyyətli olacağını vurğulayıb. Natiq qeyd edib ki, cəmiyyətimizdə hər zaman aktiv olan qadınlar AQSiA-nın bütün işlərində fəal olacaqlar.
Sonra görüş qarşılıqlı fikir mübadiləsi ilə davam edib. AQSiA-nın üzvləri yeni layihələri müzakirə ediblər.
Belediyye.info