Görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon icra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak etmişlər
Keçirilmiş səyyar qəbulda 115-a yaxın qəsəbədə sakinləri iştirak etmişdir
Görüşə gəlmiş qəsəbə ağsaqqalları qəsəbə ərazisində görülən işlərə görə öz təşəkkürlərini bildirmiş, qəsəbənin, eləcə də qəsəbə sakinlərinin ümumi problemləri haqqında geniş danışmışlar. Qəsəbə sakinlərindən 7 nəfəri fərdi qaydada dinlənilmişdir. Sakinləri narahat edən problemləri dinlənildikdən sonra, onların həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Daha sonra qəsəbə sakinlərinə Azərbaycan Respublikasının Prezidenti cənab ilham əliyev tərəfindən imzalanan Dövlət Proqramı çərçivəsində qəsəbə ərazisində görüləcək işlər barədə ətraflı məlumat verilmişdir.
Belediyye.info