"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Qadınların yerli ictimai həyatda iştirakı gücləndirilir

--2017-05-02 / 07:37

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Almaniya Beynəlxalq əməkdaşlıq Təşkilatı (GiZ) ilə birgə “Dayaq” Mentorluq Proqramı çərçivəsində Qazax rayonunda bələdiyyə üzvü olan qadınların bələdiyyə idarəetməsində rolunun və liderlik bacarıqlarının artırılması istiqamətində hazırlanmış “Səmərəli ünsiyyət” adlı təlimat kitabçasının təbliği məqsədilə təlim keçirib.

Təlimdə rayonda müxtəlif vəzifələrdə çalışan və bələdiyyə üzvü olan qadınlar iştirak ediblər.

Rayon icra hakimiyyəti başçısının müavini Gulaya Həsənova tədbiri açaraq, bu cür maarifləndirmə xarakterli tədbirin keçirilməsinə görə təşkilatçılara minnətdarlığını bildirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qadın problemləri və gender məsələləri şöbəsinin baş məsləhətçisi Aytəkin Hacıyeva, “Qadınlar Arasında Həmrəylik” ictimai Birliyinin sədri, qadın problemləri üzrə ekspert Ruhəngiz Hüseynova tədbirin məqsəd və əhəmiyyətindən söz açıblar.

Qeyd olunub ki, Azərbaycan bələdiyyələrində təmsil olunan qadın üzvlər üçün nəzərdə tutulmuş “Dayaq” Mentorluq layihəsi 2012-ci ildən GiZ-in yerli özünüidarəetmə proqramı tərəfindən həyata keçirilir. Layihənin əsas tərəfdaşı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir. əsas məqsəd qadınların yerli ictimai həyatda iştirakını gücləndirməkdir.

Tədbirin sonunda iştirakçılara “Səmərəli ünsiyyət” adlı metodiki vəsait paylanılıb.

http://azertag.az/xeber/1056157

ŞƏRHLƏR