"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Qanunsuz tikililər sökülür - Gəncədə

--2016-09-26 / 21:27

Gəncə şəhər Nizami bələdiyyəsinin yaydığı məlumata görə, bələdiyyə ərazisində abadlıq və quruculuq işlərinin davam etdirilməsi qərara alınıb.

Lakin bu prosesin icrası zamanı qanunsuz zəbt edilmiş ərazilərin olması, o cümlədən memarlıq baxımından  ərazidə kobud körkəmiylə ciddi maneələr  yaradan qanunsuz tikililər sökülməsi qərara alınıb.

Bu günlərdə bələdiyyə iclasının qərarıyla bələdiyyə ərazisində qanunsuz inşa edilmiş tikililərin sökülməsi,  o cümlədən bələdiyyə ərazisində qanunsuz zəbt edilmiş torpaqların çəpərlərinin sökülməsi həyata keçirilib.

Söküntü həyata keçirilən ərazilərdə abadlıq işləri həyata keçirilmiş, habelə yaşıllıq zolaqları salınmışdır.

Belediyye.info

ŞƏRHLƏR