Bu gün keçmiş "Qarabag" mehmanxanasının yerləşdiyi və bir neçə il əvvəl yerlə-yeksan edilən ərazidən keçirdim. əraziyə baxdım və ürəyim ağrıdı. Bir tərəfdən yeni inşaat materialları, digər tərəfdən köhnə istifadə də olmuş qap-pəncərə və sair satılır. şəhərin mərkəzində, beynəlxalq dəmiryol vağzalının üstündə sanki ikinci "EVROHOME" açılıb. Çox bərbad vəziyyətdə, heç bir halda zövq oxşamayan inşaat materiallarının satış mərkəzinə kim və hansı məmur icazə verib?
ərazinin aid olduğu Nərimanov RiH-mi, ya Bakı şəhər icra Hakimiyyətimi və ya Arxitektura və şəhərsalma Komitəsimi?
Nərimanov RiH-lə komitəni deyə bilmərəm, amma Bakı şiH-nin başçısı Eldar əzizov heç bir halda belə zövqsüz, ərazinin memarlıq üslübuna uyuşmayan layihəyə razılıq verməz, özü də "Qarabağ" adlanan mehmanxananın yerində.
Onu inşa edib pul qazanan sahibkar fikirləşirmi ki, onun bu addımı gec- tez qınaq obyektinə çevriləcək. Baxmayaraq ki, mehmanxana on ildən artıqdır sökülüb, ancaq bu gündə ora "Qarabağ" mehmaxanasının səmti adlanır. əsas iradım odur ki, şəhərin mərkəzində, az qala "göbəyində" belə bir obyektin-satış mərkəzinin olmasına nə hacət. Nəzərə alaq ki, yanında ən müasir dəmiryol qovşağı vasitəsiylə hər gün onlarca və yüzlərcə xarici qonaqda bu ərazidən keçir. ikinici məqam isə "Qarabağın" yerində belə mənasız tikinti materillarının satış mərkəzinin olmasıdır. Üzümü yuxarıda adını çəkdiyim rəsmi qurumlara tutub müraicət edirəm:
XAHiş EDiRəM GəLiN BAXIN Və QəRAR VERiN. SiZi BiLMiRəM MəN şəHəRiMi DAHA SəLiQəLi, TəMiZ GÖZOXşAYAN şəKiLDə GÖRMəK iSTəYiRəM. "QARABAÄžIMIZI" HəLəKi ALA BiLMəSəKDə HEÇ OLMASA GÖZ QABAÄžINDA OLAN Və "QARABAG" ADLANDIRILAN əRAZiNiN ONUN ADINA LAYiQ BiR əRAZiYə ÇEViRəK.
Vüqar Tofiqli
P.S https://www.youtube.com/watch?v=F4O00m5QZH0&feature=youtu.be