Qaraçuxur Bələdiyyəsinin sədri ixtiyar Nəcəfovun Belediyye.infoya verdiyi məlumata görə, bələdiyyə qəsəbə ərazisində növbəti ağac əkmə aksiyasına start verib. Bütün bələdiyyə üzvlərinin, qulluqçuların və könüllülərin iştirak etdiyi tədbir Suraxani rayonun əmircan-Qaraçuxur yolunun ətrafında keçirilib. Sədrin sözlərinə görə, ekoloji mühitin qorunması, yaşıllıq sahələrinin artırılması məqsədilə Qaraçuxur bələdiyyəsi işçiləri tərəfindən yolun kənarlarında müvafiq təmizləmə işləri aparılıb, abadlıq işləri görülüb və 100-dən artıq ədəd “Eldar şamı” ağacı əkilib.
i.Nəcəfovun fikrincə getdikcə vüsət alan ağacəkmə aksiyaları nəticəsində məqsədimiz qəsəbənin ərazisi abadlaşdırmaq, yaşıllıqlarla zənginləşiməkr və qəsəbənin ekoloji mühitini sağlamlaşdırmaqdır.
Bələdiyyədən verilən digər bir məlumatda qeyd edilir ki, Qaracuxur qəsəbəsi E.Bəkirli küçəsi ev 88-89; 92 ve 106 unvanlarında məhəllədaxili yollar asfaltlaşdırılıb.
Belediyye.info
|
|
|