Qaraçuxur bələdiyyəsi birinci yarımildə hansı işləri görüb? - HESABAT
--2016-07-27 / 00:31
Belediyye.infoya Suraxanı Rayonu Qaraçuxur Bələdiyyəsinin inzibati ərazisində 2016-cı il 6 ayı ərzində görülmüş quruculuq və abadlıq işləri haqqında daxil olan hesabatı olduğu kimi oxucuların müzakirəsinə təqdim edirik.
***
Qaraçuxur – Suraxanı yolu ətrafında yol ətrafı çala çuxurun maşın-mexanizmlərin köməyi ilə düzəldilib.
Qaraçuxur – Suraxanı və Qaraçuxur qəsəbəsi 4 yol ayrıcından “Qartal” fiquru istiqamətdə yolu boyunca divarın emulsiya ilə rənglənməsi həyata keçirilib.
Qaraçuxur qəsəbəsi “2704” avtodəstənin ətrafında məhəllədaxili yolun işlək hissəsinin asfalt yonqarı tökməklə abadlaşdırılıb.
Zibil konteynerləri təkərlərinin alınması və dəyişdirilməsi həyata keçirilib.
Qaraçuxur qəsəbəsi i.Musayev küçəsi 6 ünvanda məhəllədaxili yol abadlşdırılıb.
Qaraçuxur qəsəbə qəbristanlığına gedən yol ətrafında iriqabaritli tullantıların traktorla kürünərək təmizlənib və girişi məhdudlaşdırıcı beton piltələrin düzülməsi, ətraf ərazilərinin və yol kənarlarının abadlaşdırılıb.
Qaraçuxur qəsəbəsi “Vətən şəhidləri unudulmur” abidə parkında su xəttinin bərpa olunub.
Qaraçuxur qəsəbəsi “Neftçilər” parkında təmizlik işlərinin yerinə yetirilib.
Qaraçuxur qəsəbəsi Kərpic zavod ətrafında təmizlik işlərinin görülüb.
Qaraçuxur – Suraxanı yolu boyunca yol ətrafında qeyri-qanuni dayanacaq yaratmış maşın və mexanizmlərin yığışdırılıb.
Qaraçuxur qəsəbəsi C. Qurbanov küçəsi “şəhidlər bulağı” kompleksi ətrafında abadlıq və təmizlik işlərinin yerinə yetirilib.
Qaraçuxur qəsəbəsi “Veteranlar Xiyabanı” parkında təmizlik və abadlıq işlərinin aparılıb.
Daima qəsəbə ərazisində təmirə ehtiyacı olan məişət tullantıları konteynerlərin təkərlərinin dəyişdirilməsi və ətrafa tökülmüş iri qabaritli tullantıların təmizlənilməsi işləri yerinə yetirilib.
Qaraçuxur qəsəbəsi C. Qurbanov küçəsi “şəhidlər bulağı” kompleksi ətrafında ərazinin təmizlənib və ağaclar budanıb.
15 Martda “Atəşgahda” ümumrayon Novruz şənliyinin təşkilində qəsəbənin təmsil edilməsi işləri.
Qaraçuxur qəsəbəsi V.Quliyev, T.şirinov, A.Hacınski və N.ismayılov küçələrində zibil meydançaları ətrafında iri qabaritli tullantıların yığışdırılıb.
Qaraçuxur qəsəbəsi “şimal” y/s 2704 ətrafında məhəllədaxili yola qum və daş tozunun tökülüb hamarlanıb.
Qaraçuxur qəsəbəsi ə.Mehbalıyev küçəsində “Uşaq parkın”da uçmuş divarın hörülməsi və suvanması həyata keçirilib.
“Uşaq parkın”dan 12 kamaz inşaat və digər tullantıların yığışdırılıb daşınması, uçmuş hasarların bərpası, uşaq oyuncaqlarının rənglənib.
Park və xiyabanlarda otun biçilib yığışdırılması yerinə yetirilib.
Qaraçuxur qəsəbəsi C.Qurbanov küçəsində “Veteranlar xiyabanı” parkında cari təmir edilib.
“Veteranlar xiyabanı ” parkında su xəttinin bərpa edilib..
Qaraçuxur qəsəbəsi “Veteranlar Xiyabanı” parkında sınmış metlax və üzlük daşların təmiri və yenilənməsi, üzlük daşların cilalanması və otların biçib yığışdırılıb
Yeni Günəşli “V” yaşayış sahəsi ərazisində şam ağacı tinglərinin əkilib.
Qaraçuxur qəsəbəsi ə.Mehbalıyev küçəsində “Vətən şəhidləri unudulmur” abidə parkının cari təmiri və təmizlik işlərinin yerinə yetirilib.
Ulu Öndər Heydər əliyevin anadan olmasının 93 illiyinə hazırlıqla əlaqədar qəsəbədə yerləşən park, xiyaban və istirahət zonalarında təmiz və təmizlik işləri həyata keçirilib.
“Vətən şəhidləri unudulmur” abidə parkında təmizlik və abadlıq işləri aparılıb.
Suraxanı rayon ərazilərində rayon tədbiri olan şənbə günləri iməciliklərində iştirak edərək 80 ədəd şam ağacı və 130 gül kolu əkilib.
Qaraçuxur qəsəbəsi “Vətən şəhidləri unudulmur” abidə parkında yeni su xəttinin çəkilməsi və boruların basdırılıb.
Qaraçuxur və Yeni Günəşli ərazisindən köhnə sənədsiz köşklərin və qurğuların yığışdırılıb.
Qaraçuxur qəsəbəsi E.Bəkirli küçəsində yarımstansiya yaxınlığında məhəllə daxili yola şeben, keramzit tökülməklə abadlıq işləri aparılıb.
Qaraçuxur Bələdiyyəsi və “Xəzər Qayğıkeş Layihəsi” humanitar ictimai Birliyi ilə birlikdə əhalini pulsuz göz müayinəsindən keçirlməsi üçün 3 müxtəlif vaxtda mobil kabinet qurulub.
Qaraçuxur Bələdiyyəsi və YAP Suraxanı Təşkilatının birgə təşkilatçılığı ilə inzibati ərazidə yerləşən şəhid abidələrinin ətrafında təmizlik işləri görülüb..
YAP Suraxanı rayon təşkilatı və YAP Gənclər Birliyi ilə birgə keçirilən “Gənc sahibkarların bacarığının artırılması” tədbirində yarışda işda iştirak edən Qaraçuxur Bələdiyyəsinin komandası 6 komanda arasında 1 yerə tutub.