"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Qaraçuxur bələdiyyəsi ciddi layihələrə start verib

--2015-11-25 / 17:18

Suraxanı rayonu Qaraçuxur bələdiyyəsinin sədri ixtiyar Nəcəfovun Belediyye.info saytına verdiyi məlumata görə, bələdiyyənin maliyyə dəstəyi ilə qəsəbədə abadlıq işləri davam etdirilir. Sakinlərin müraciətini  nəzərə alaraq bələdiyyə  hazırda Qaraçuxur qəsəbəsi 1-ci Vağzal kuçəsində 500 kv.m hörgü işləri və 800 kv/m suvaq işləri aparılmaqdadır.

ərazidə mövcud olan və yarasız vəziyyət düşmüş səkilərdə də aparılacaq işlərə noyabr ayının sonunadək yekun vurulması nəzərdə tutulur.

Bələdiyyə tərəfindən  V.Quliyev və Neftiçilər küçələrində asfalt  işləri, Sərq”  yaşayış sahəsində və  12 -ci döngədə  abadlıq işləri yerinə yetirilir. 

Məlumatda o da qeyd edilir ki, Qaracuxurdan Suraxaniya gedən mərkəzi yolda təmizlik abadliq isləri davam etdirilir.

Belediyye.info

ŞƏRHLƏR