"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Qaraçuxur bələdiyyəsi daha bir layihəyə yekun vurdu

--2018-09-16 / 15:23

Suraxanı rayonu Qaraçuxur bələdiyyəsinin sədri ixtiyar Nəcəfovun Belediyye.infoya verdiyi məlumata görə, bələdiyyə qəsəbənin Cəlal Qurbanov və ilqar Musayev küçəsində başladığı abadlıq işlərinə yekun vurub. Belə ki, bələdiyyə iclasının qərarıyla qəsəbənin adıçəkilən küçələrində mərkəzi yol boyunca yondəmsiz, qəsəbənin görkəminə xələl gətirən köhnə taxta hasarlar sökülərək mişar daşı ilə hörülüb. Bununla yanaşı ərazidə səkilər salınıb və ərazi kol-kosdan təmizlənib.

Sədrin sözlərinə görə, bələdiyyə olaraq daim parkların səliqə-səhman işlərini diqqət mərkəzində saxlayarıq.

Belə ki, həftə ərzində “şəhidlər unudulmur” parkında cari təmir işləri aparılmış, 100 kv.m əraziyə yeni asfalt qatı vurulmuş, gül kolları əkilmişdir.

Belediyye.info

ŞƏRHLƏR