"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Qaraçuxur bələdiyyəsi daha bir layihəyə yekun vurub

--2018-05-09 / 05:27

 Suraxanı rayonu Qaraçuxur bələdiyyəsinin yaydığı məlumata görə, Suraxanı RiH-in təşəbbüsü və qəsəbə bələdiyyəsinin təşkilatçılığı ilə “Bir bələdiyyə- azı bir layihə”si cərcivəsində “Vətən şəhidləri unudulmur” parkında yenidənqurma işləri başa çatdırılıb.

Artıq parkda 6 ədəd işıqlandırma sistemi, 1250 gül, 200 kv.metr qazon döşənmişdir. Bununla yanaşı xeyli sayda şam ağacı və həmişəyaşıl kollar əkilmişdir. ərazidə həmçinin ağlay daşlar dəyişdirilmişdir.

Məlumatda qeyd edilir ki, park büsbütün xarici görkəmini dəyişmişdir.

Qeyd edək ki, Suraxanı RiH-in cari ilin birinci rübü üzrə keçirilən hesabat yığıncağında icra başçısı ilqar Abbasov qəsəbədə aparılan abadlıq işləriylə bağlı faktları sadalayaraq qeyd edib:

“Qaraçuxur qəsəbəsi, Neftçilər parkında yenidənqurma və əsaslı təmir işləri davam etdirilir. Mövcud “Nümunəvi abad məhəllə”lərdə bərpa-təmir işləri aparılmış, iDEA ictimai Birliyinin təşəbbüsü ilə “Abad həyət - Sağlam həyat” layihəsi çərçivəsində Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə 1, 2, 3, 4, 5 və 6 saylı yaşayış binalarının həyətində abad məhəllənin salınması işləri davam etdirilmişdir”

Bələdiyyədən onu da bildirblər ki, qəsəbədə abadlıq işləri bundan sonrada davam etdiriləcəkdir.

Belediyye.info

ŞƏRHLƏR