"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Qaraçuxur bələdiyyəsi Etibar Bəkirli küçəsində daha bir layihəyə yekun vurdu

--2018-10-26 / 08:40

Suraxanı rayonu Qaraçuxur bələdiyyəsi ötən həftə bələdiyyə iclasında təsdiq edilmiş proqrama uyğun olaraq yerli büdcənin maliyyəsiylə Etibar Bəkirli küçəsində sakinlərin müraciətini nəzərə alaraq 250 metrlik kanalizasiya xəttinin çəkilişini həyata keçirib. Artıq layihənin başa çatdırlıdığı qeyd edilir. ərazidən keçən açıq kanalizasiya xətti kol-kosdan və tullantılardan təmizlənərək yeni xətt çəkilmişdir.

Bələdiyyədən bildiriblər ki, layihə nəticəsində küçə sakinlərinin kanalizasiya xətti mərkəzi kanalizasiya xəttinə qoşulub.

 

Belediyye.info

ŞƏRHLƏR