sorğu
"Suraxanı rayonu Qaraçuxur bələdiyyəsi qəsəbənin Etibar Bəkirli küçəsində daha bir layihəyə yekun vurub"- bu barədə Belediyye.infoya açıqlama verən bələdiyyə sədri ixtiyar Nəcəfovun sözlərinə görə, sakinlərin müraciəti və bələdiyyə iclasının qərarıyla qəsəbədə abadlıq işləri davam etdirilir.
Hazırda E.Bəkirli küçəsində 1000 metrlik əraziyə yaşıl örtük döşənmiş, 100 ədəd müxtəlif gül kolları və ağac əkilmişdir.
Bununla yanaşı əraziyə səkilər salınmış piyadaların gediş-gəlişi üçün hər bir şərait yaradılmışdır.
Sədrin sözlərinə görə, ilin sonunadək maliyyə vəziyyəti imkan verdiyi halda daha bir neçə küçədə abadlıq işləri həyata keçiriləcəkdir.
Belediyye.info
|
|
|
|
|
|
|
|