"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Qaraçuxur bələdiyyəsi hansı layihələrə imza atıb?

--2018-08-02 / 04:19

Suraxanı rayonunda formalaşan altı bələdiyyənin - Qaraçuxur, Hövsan, Yeni Suraxanı, əmircan, Bülbülə və Zığ bələdiyyələri arasında Qaraçuxur bələdiyyəsi fəaliyyətiylə daim seçilir.

Bu gün demək olar ki, nümunəvi bələdiyyələr sırasına yalnız Qaraçuxur bələdiyyəsinin adını çəkmək olar.

Bir məqamı qeyd edim ki, bələdiyyə ilk fəaliyyət dövründə, yəni 2001-ci ilin sentyabr ayında əldə etdikləri maliyyə vəsaitiylə özünə inzibati bina inşa etdirib.

Bələdiyyənin cari ilin birinci yarısındakı fəaliyyətini əks etdirən hesabatı təqdim edirik:

***

 

Suraxanı Rayonu Qaraçuxur Bələdiyyəsinin 2018-ci ilin

6 ayı ərzində görülmüş quruculuq və abadlıq

işləri haqqında qısa hesabatı

2018-ci ilin altı ayı ərzində Qaraçuxur Bələdiyyəsinin 7 ümumi iclası keçirilmişdir. iclasların gündəliyinə 25 məsələ salınmışdır. Həmin məsələlər əsasən təşkilatı, büdcə, maliyyə, təmir-tikinti, abadlaşdırma, sosial və sair məsələlər olmuşdur.

Ümumilikdə 2018-ci ilin altı ayı ərzində gəlirlərimiz -132,400; xərclərimiz isə 131.700 olmuşdur.

 

  • 20 Yanvar Faciəsi il əlaqədar bələdiyyə kollektivi “şəhidlər Xiyabanı”nı ziyarət ettmişdir.
  • 26 fevral “Xocalı soyqırım günü” bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları Xocalı abidəsi ətrfında soyqırım qurbanlarının xatirəsini ehtiramla yad etmişdilər.
  • Qaraçuxur qəsəbəsi 4042/60 məhəllə 5 saylı binanın qarşısı ilə 20, 20A, 21 saylı   fərdi yaşayış evləri arasında məhəllənin asfalt-abadlıq işlərinin yerinə yetirilməsi.
  • Qaraçuxur qəsəbəsi Mədən küçəsində məhəllədaxili yolun asfalt yonqarı tökməklə abadlaşdırılmışdır.
  • Qaraçuxur qəsəbəsi “şərq” yaşayış sahəsi 2704 ev 105 ünvanda yaşayan vətəndaş Ağabayeva Maya Abdulla qızının yanğın səbəbindən sıradan çıxmış evinin bərpasına köməklik edilmişdir.
  • “Bir bələdiyyə azı bir” layihə proqramı çərçivəsində Qaraçuxur qəsəbəsi “Vətən şəhidləri Unudulmur” abidə parkının yeni layihə üzrə yenidənqurma işlərinin aparılaraq sakinlərin istifadəsinə verilmişdir.
  • 13 mart 2018-ci il tarixdə ümumi rayon tədbiri olan “Atəşgah” məbədi ətrafında “ilaxır çərşənbənin” Novruz şənliklərinin keçirilməsinə 20 mart 2018-ci il tarixdə Qaraçuxur qəsəbəsi “Veteranlar Xiyabanı parkı”nda Novruz bayramı ilə əlaqədar musiqili şənlik tədbiri keçirilmişdir.
  • Qaraçuxur-Suraxanı yolunun Zığ şossesi ilə kəsişən hissəsində yaşayış və qeyri-yaşayış obyektlərinin fasad və divarlarının 3400 kv.m sahəsinin təmizlənməsi və emulsiya ilə rənglənməsi.
  • 8 mart beynalxalq qadınlar bayramı münasibəti ilə bayram tədbiri keçirilmişdir.
  • Qaraçuxur bələdiyyəsinin inzibati binasına yeni üç fazalı yeraltı işıq xəttinin çəkilişinə 300 metr yeraltı kabel sistemi qurulmuşdur.
  • Qəsəbə ərazisində ekoloji durumun yaxşılaşdırılması məqsədilə köhnə sınıq istifadəyə yararsız 25 ədəd konteynerlər əsaslı təmir edilmişdir.
  • Yeni Günəşli “Q” yaşayış sahəsində 6, 7, 8, 9 saylı binaların ətrafında piyada yolunun asfalt-abadlıq işləri görülmüşdür.
  • Yeni Günəşli “V” yaşayış sahəsində “şəhidlər abidə kompleksi”nin ətrafında cari təmir və abadlıq işləri yerinə yetirilmişdir.
  • Qaraçuxur qəsəbəsi 4042/60 məhəllə 4 və 5-ci binaların qarşısında su şəbəkəsinin qurularaq vətəndaşların istifadəsinə verilmişdir.
  • Qaraçuxur qəsəbə sakini Ayatov Famil Mübariz oğluna xəstəliklə əlaqədar olaraq maddi yardım göstərilmişdir.
  • Qaraçuxur qəsəbəsi “Neftçilər” parkında su xətti şəbəkəsinin çəkilmiş və su sayğacı alınaraq quraşdırılmışdır.
  • Qaraçuxur qəsəbəsində 9 May – faşizm üzərində qələbənin 73-cü ildönümü münasibətilə keçirilən rayon tədbiri təşkil edilmişdir.
  • Ulu Öndər Heydər əliyevin anadan olmasının 95 illiyinə hazırlıqla əlaqədar qəsəbədə yerləşən park, xiyaban və istirahət zonalarında təmizlik və abadlıq işləri görülmüşdür.
  • Qaraçuxur qəsəbəsində yerləşən “Vətən şəhidləri Unudulmur” abidə kompleksində Laçın ictimaiyəti və ziyalıları ilə işğal günü qeyd edilmişdir.
  • Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi 28 May - Respublika Günü münasibətilə keçirilən bayram tədbirində bələdiyyə kollektivi fəal iştirak etmişdir.
  • Qəsəbə ərazisində 15-iyun “Milli Qurtuluş Günün”də Bayram şənliyinin keçirilmişdir.
  • Qaraçuxur qəsəbəsi C.Qurbanov küçəsində yerləşən “Veteranlar Xiyabanı parkı”nda cari təmir işlərinin aparılmış və iki ədəd yeni reklam lövhəsi quraşdırılmışdır.
  • Beynəlxalq əlaqələrin gücləndirilməsi məqsədi ilə Latviya Respublikasının Yekabpils bələdiyyəsindən gələn numayəndə heyyətinin qarşılanaraq ziyafət verilmiş görüşlər keçirilmişdir.
  • Qaraçuxur qəsəbəsi N.ismayılov küçəsi 120 ünvanın qarşısında yeni məişət tullantıları konteynerləri üçün meydança tikilmişdir.
  • Qaraçuxur qəsəbəsi Yeni Günəşli yaylası 2-ci döngə ev 57C ünvanında yaşayan Qarabağ əlilinin həyat yoldaşı vətəndaş Hüseynova Elmira Elbəyi qızına maddi yardım edilmişdir.
  • Qəsəbənin təmizlik və abadlığı daim diqqət mərkəzində olmuşdur.

Belediyye.info

 

 

ŞƏRHLƏR