"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Qaraçuxur bələdiyyəsi hesabat verir

--2017-07-19 / 10:48

Suraxanı Rayonu Qaraçuxur Bələdiyyəsinin 2017-ci ilin 6 ayı ərzində görülmüş quruculuq və abadlıq  işləri haqqında qısa hesabatını diqqətə çatdırırıq:

 Qaraçuxur qəsəbəsi N.ismayılov, V.Quliyev , T.şirinov, Q.Vəliyev və Hacınski küçələrində iri qabaritli  tullantıların yığışdırılıb daşınması.

  1. Qaraçuxur qəsəbəsi dörd yol ayrıcından Xalqlar-Dostluğu metrosu istiqamətində  yol kənarı təmizlik işlərinin aparılması.
  2. Qaraçuxur qəsəbəsi Kommunal küçəsi ilə  F.Kərimzadə   küçəsi arasında məhəllə daxili keçid yolda asfalt yonqarı tökməklə abadlıq işlərinin görülməsi.
  3. Suraxanı rayonu Balandin küçəsində şam və Leylandra ağaclarının əkilməsi.
  4. Qaraçuxur qəsəbəsi C.Qurbanov küçəsində yerləşən “Veteranlar Xiyabanı parkı”nda abadlıq, təmizlik və  sınmış oturacaqların təmiri və rənglənməsi işləri.
  5. Qəsəbə ərazisində parkların təmizlənməsi quru ağacların kəsilib yığışdırılması və yeni şam ağacların əkilməsi.
  6. Qaraçuxur qəsəbəsi ərazisində işıq dirəklərinə və divarlara vurulmuş lüzumsuz reklam və elanların yığışdırılıb təmizlənməsi, divarların emulsiya ilə rənglənməsi.
  7. “Atəşgah” məbədində 14.03.2017-ci il tarixdə ilaxır çərşənbənin keçirilməsində (rayon tədbiri) qəsəbəni təmsil etmək (bayram xonçaları, milli atributların təşkili və s.).
  8. 20.03.2017-ci il tarixdə Qaraçuxur qəsəbəsi “Veteranlar Xiyabanı”nda Novruz bayramı şənliyinin təşkil olunması..
  9. Qaraçuxur – əmircan yolunun sağ və sol hissəsində və Yeni Günəşli “D” yaşayış sahəsində ağac tinginin əkilməsi (60 ədəd).
  10. Qaraçuxur qəsəbəsi “şərq” yaşayış sahəsi 6-cı və 7-ci döngələrdə zibilxanaların ətrafına tökülmüş iri qabaritli tullantıların yığışdırılıb daşınması.
  11. Yeni Günəşli yaylası 2-ci döngədə yolun asfalt - abadlıq işlərinin görülməsi.
  12. Qaraçuxur qəsəbəsi ə.Mehbalıyev küçəsində “Vətən şəhidləri Unudulmur” abidə parkında təmir, abadlıq və təmizlik işlərinin aparılması, söhbətgahların və oturacaqların təmiri və rənglənməsi, sınmış döşəmə və aqlay daşların dəyişdirilməsi, yeni su xəttinin (32 mm-lik xət) çəkilməsi - 90 p/m, yeni ağac və gül kollarının basdırılması  (80+60), parkın su fontanı olan hissəsinin ətrafına yeni qazon (yaşıl ot təbəqə) döşənməsi - 300 m kv.m , üzlük aqlay daşların və fasad hissəsinin cilalanması.
  13. Qəsəbə ərazisində iməciliklərdə (rayon tədbirləri) yeni şam və zeytun tinglərinin basdırılması.
  14. Qaraçuxur qəsəbəsində 9 May – faşizm üzərində qələbənin 72-ci ildönümü münasibətilə keçirilən rayon tədbirinin təşkili.
  15. 15-iyun “Milli Qurtuluş Günün”də Bayram şənliyinin təşkil edilməsi.
  16. Hövsan qəsəbəsi ərazisində iməcilikdə ağacəkmə kompaniyasında iştirak edilməsi.
  17. Bülbülə gölünün əmircan qəsəbəsi ərazisində düşən sahəsində keçirilən ümumrayon iməciliyində iştirak edib təmizlik işlərinə kömək edilmişdir.
  18. Qaraçuxur qəsəbəsi C.Qurbanov küçəsində “şəhidlər Bulağı” kompleksinin ətrafının abadlaşdırılması və asfalt örtüyünün çəkilməsi.
  19. Qaraçuxur qəsəbəsi C.Qurbanov küçəsində yerləşən “Veteranlar Xiyabanı parkı”nda Azərsu tərəfindən qazılmış ərazidə asfalt örtüyünün çəkilməsi.
  20. Qaraçuxur qəsəbə qəbristanlığının alt hissəsində məişət tullantıları konteynerləri üçün meydançanın tikilməsi.
  21. Qaraçuxur qəsəbəsi E.Bəkirli küçəsində, “şərq” və “şimal” yaşayış sahələrində zibil meydançalarında təmirə ehtiyacı olan 49 ədəd konteynerlərin təmiri və 48 ədədin yenisi ilə əvəzlənməsi.
  22. Qaraçuxur qəsəbəsi ə.Mehbalıyev küçəsi 5 və 7 ünvanlarında “Abad Məhəllə”nin salınması.
  23. Qaraçuxur qəsəbəsi Q.Vəliyev və Z.şərifov küçələri arasında evlərin ətrafında abadlıq işlərinin görülməsi.
  24. Qaraçuxur qəsəbəsi M.Fətəliyev küçəsi 17 ünvanında məhəllədaxili yolda səkinin qum çınqıl tökməklə abadlaşdırılması.
  25. Maddi yardımla bağlı müraciət etmiş vətəndaşlara, eləcədə 2-ci Dünya Müharibəsi iştirakçısının yas mərasiminə kömək edilməsi.

 Belediyye.info

 

ŞƏRHLƏR