sorğu
Bu gün Suraxanı rayonu Qaraçuxur bələdiyyəsində ötən ilin yekunlarına həsr olunan iclası keçirilib.
Bələdiyyə sədri ixtiyar Nəcəfovun Belediyye.infoya verdiyi məlumata görə, iclas 20 Yanvar şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsiylə başlayıb.
Sonra 2015-ci ilin yekunlarına həsr olunmuş hesabat müzakirə edilib. Müzakirələrdə bələdiyyə üzvləri hesabatı qənaətbəxş hesab edərək bəzi təkliflərini veriblər.
Sədrin sözlərinə görə, bələdiyyə hesabatı yanvarın 22- də geniş ictimaiyyətə təqdim ediləcəkdir.
Belediyye.info