Suraxanı rayonu Qaraçuxur bələdiyyəsinin sədri ixtiyar Nəcəfovun Belediyye.infoya verdiyi məlumata görə, qəsəbə sakinlərinin bələdiyyəyə etdiyi müraciətə cavab olaraq bələdiyyə iclasının qərarıyla qəsəbəinin "şərq" yaşayış sahəsində məhələdaxili küçələrin abadlaşdırlımasına start verilib.
ilkin olaraq əraziyə asfalt yonqarı tökülərək yayılıb. Habelə məhəllədaxili küçəyə 6 “Kamaz” asfalt yonqarı tökülərək uzunluğu 130 metr və eni 6 metr olan hissəsi asfalt yonqarı ilə abadlaşdırılıb. Sədrin sözlərinə görə, bununla da havaların yağışlı günlərində belə ərazidən sakinlərin, azyaşlı uşaqların və avtomaşınları hərəkətindəki problemlər aradan qaldırılıb.
Qeyd edək ki, ümumilikdə 780 m2 olan küçənin hissəsi abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.
Belediyye.info