Suraxanı rayon Qaraçuxur bələdiyyəsinin yaydığı məlumata görə, qəsəbə ərazisində salınan “Vətən şəhidləri unudulmur” parkında bələdiyyə iclasının qərarıyla abadlıq və yaşıllaşdırma işləri aparılıb.
Bu məqsədlə keçirilən iməcilikdə Qaraçuxur bələdiyyəsinin əməkdaşları, bələdiyyə qulluqçuları, qəsəbə sakinləri, könüllülər yaxından iştirak ediblər.
Gün ərzində davam edən iməcilikdə 300 kvadrat metr sahəyə qazon döşənib, yeni 200 metrlik su xətti cəkilib, 50-yə yaxın bəzək və “Eldar şamı” ağacı əkilib.
Bununla yanaşı parkda təmizlik işləri aparılıb, xiyaban alaq otlarından təmizlənib.
Məlumatda daha sonra qeyd edilir ki, ötən gün Suraxanı Rayon icra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən ağacəkmə aksiyasında Qaraçuxur bələdiyyəsi tərəfindən 25 ədəd “Eldar şamı” ağacı əkilib.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|
|