"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Qaraçuxur bələdiyyəsi qəsəbədə daha bir layihəyə yekun vurub

--2018-09-10 / 15:46

Suraxanı rayonu Qaraçuxur bələdiyyəsinin sədri ixtiyar Nəcəfovun Belediyye.infoya verdiyi məlumata görə, bələdiyyə Suraxanı RiH-in rayonda apardığı abadlıq-quruculuq işlərinə öz töhvəsini verməkdə davam edir.

Belə ki, bələdiyyə iclasının qərarıyla qəsəbənin 1-ci Vağzal, Fərman Kərimzadə və Abasqulu Aga Sadlinski küçələrində mərkəzi yol boyunca yondəmsiz, qəsəbənin görkəminə xələl gətirən köhnə taxta hasarlar sökülərək mişar daşı ilə hörülüb. Həftə ərzində ərazidə 1500 kv.m.divar rənglənib, 300 kv.m isə hasar çəkilərək rənglənib.

Sədrin sözlərinə görə, növbəti həftə ərzində bu işləri Cəlal Qurbanov küçəsində də davam etdirilməsi nəzərdə tutulub.

Bununla yanaşı sədrin sözlərinə görə, bələdiyyənin inzbati binasında da cari təmir işləri aparılmış, bələdiyyənin fəaliyyətini əks etdirən stendlər yenilənmiş, məlumat bazası zənginləşdirilmişdir.

Belediyye.info

ŞƏRHLƏR