“Suraxanı rayon Qaraçuxur bələdiyyəsi daim cənab Prezident ilham əliyevin quruculuq və abadlıq siyasətini rəhbər tutaraq qəsəbə ərazisində bu siyasəti yürütməkdə davam edir”- bu sözləri Belediyye.infoya açıqlamasında Qaraçuxur bələdiyyəsinin sədri ixtiyar Nəcəfov deyib. Onun sözlərinə görə, il ərzində mütəmadi olaraq quruculuq və abadlıq işlərini davam etdirən bələdiyyəmiz dekabr ayında qəsəbə ərazisində yerləşən “Veteranlar xiyabanı” parkında abadlıq və yenidən qurma işləri aparmışdır.
Bəzi vətəndaşlar tərəfindən döşəmə və səki pilitələri, sındırılan skamyanın taxtaları sındırılmış, ağaclar aşırılmdığından sındırılmış pilitələr, skamyaların taxtaları yenisi ilə əvəz edilərək təmir olunmuşdur. Aşırılmış şam ağacları budanaraq yenidən bərpa edilmişdir.
Sədrin sözlərinə görə, Qaraçuxur bələdiyyəsi olaraq, vətəndaşlara “Qurulanların hər birimiz üçün olduğunu, səliqə ilə istifadə etmək və qorumaq hər birimizin borcudur.” demək istəyirik.
Belediyye.info
|
|
|
|