Suraxanı rayonu Qaraçuxur bələdiyyəsinin sədri ixtiyar Nəcəfovun Belediyye.infoya verdiyi açıqlamada bildirilir ki, rəhbərlik etdiyi bələdiyyə yeni layihəyə start verib. Belə ki, bələdiyyənin təşkilatçılığı ilə bu günlərdə Qaraçuxur qəsəbəsi, N.ismayılov küçəsində təmizlik abadlıq işləri görülüb. Bununla yanaşı qəsəbənin ərazisində olan N.ismayılov, Hacınski və V.Quliyev küçələrində istismara yararsız zibil yeşikləri yeniləri ilə əvəzlənib.
Sədrin sözlərinə görə, həmin ərazilərdəki təmirə olunması mümkün olan zibil yeşikləri isə təmir olunaraq yerlərinə qoyulub. Bu müddət ərzində həmin küçələr və bu əraziyə bitişik ərazilərdə olan bərk məişət tullantıları təmizlənərək daşınmışdır.
Sədrin sözlərinə görə, bələdiyyə bu istiqamətdə işlərini davam etdirmək niyyətindədir.
Belediyye.info
|
|
|
|
|
|
|
|