Nəcəfov ixtiyar Ağaqulu oğlu 18 aprel 1968-ci ildə Zəngəzur Mahalının Sisiyan rayonunda ziyalı ailəsində anadan olub.
1984-cü ildə orta məktəbi əla qiymətlərlə bitirib.
1986 -1988-ci illərdə əsgəri xidmətdə olub.
1994-cü ildə Azərbaycan Dövlət iqtisad Universitetinin “Uçot- iqtisad” fakultəsini “iqtisadçı” ixtisası üzrə bitirib.
1991-1999-cu illərdə “Azadlıq” və “Günaydın” qəzetlərində ixtisası üzrə çalışıb.
1999-cu ildə ilk bələdiyyə seçkilərinə qatılıb və üzv seçilib.
2004, 2009 və 2014-cü ildə yenidən bələdiyyə seçkilərinə qatılaraq üzv seçilib.
2014-cü ilin aprelinə kimi komissiya sədri, o müddətdən sonra sədr müavini, 2015-ci ilin yanvarından isə bələdiyyə sədri vəzifəsinə seçilib.
Bir sıra beynəlxalq konfrans və simpoziumların iştirakçısıdır.
Ailəlidir, iki oğlu və bir qızı var.