Ulu öndər Heydər əliyev dövlət və cəmiyətin idarə olunmasında bələdiyyələrin rolunu yüksək qiymətləndirərək qeyd etmişdir ki, “Yerli özünüidarəetmənin yaradılması Azərbaycanda gedən demokratik proseslərin böyük bir hissəsi, böyük bir qoludur”.
Bu gün ulu öndər Heydər əliyev ideyalarından qaynaqlanan bələdiyyə institutu təkmilləşir, formalaşır, Azərbaycanın ictimai-siyası və sosial-iqtisadi həyatında öz mövqeyini durmadan möhkəmləndirir.
Bu il respublikamızda növbəti bələdiyyə seçkiləri keçriləcək ki, bu da 1999-cu ildən bu yana ölkəmizdə reallaşdırılan sayca 5-ci seçkilər olacaq. Azərbaycan bu seçkilərlə demokratik inkişafa doğru daha bir addım atacaq.
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq Qaraçuxur bələdiyyəsinin 2018-ci ildə gördüyü işlərin hesabatını diqqətinizə çatdırıram.
Qaraçuxur bələdiyyəsi Qaraçuxur və Yeni Günəşli yaşayış sahəsini əhatə edir.
2018-ci il ərzində Qaraçuxur Bələdiyyəsinin 14 ümumi iclası keçirilmişdir. iclasların gündəliyinə 50 məsələ salınmışdır. Həmin məsələlər əsasən təşkilatı, büdcə, maliyyə, təmir-tikinti, abadlaşdırma, sosial məsələlər olmuşdur.
Hesabat ili ərzində 248 nəfər vətəndaş qəbul edilib, müxtəlif ünvanlarda 31 dəfə əhali ilə səyyari görüşlər keçirilmişdir. əhalidən daxil olan ərizələrin sayı 127, idarə, müəssisələrdən daxil olan məktubların sayı 295, cavablandırılan və göndərilən məktubların sayı 373, arayışların sayı 338 olmuşdur. Daxil olan məktublar və ərizələr tərəfimizdən araşdırılaraq cavablandırılmış və yaxud aidiyyatı üzrə ünvanlanmış, bələdiyyənin imkanları daxilində sakinlərin istək və arzularına uyğun həll edilmişdir. il ərzində 489 nəfər hərbi xidmətdən məzuniyyətə gəlmiş əsgər və zabitlərimizin qeydiyyatı aparılmışdır.
Bələdiyyələr yerli özünüidarəetmə orqanı olduğu üçün onların büdcəsi əsasən əhalidən yığılan yerli vergilər və rüsumdan formalaşır.
Cari ildə yerli (bələdiyyə) vergilərin yığımında keçən illə müqayisədə müəyyən irəlləyişlərə nail olsaq da yerli ödənişlərin, yəni bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə küçə (divar) reklamının yerləşdirilməsi və yayımı üçün ödəniş, bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi və icarəyə verilməsindən olan ödəniş, eləcə də avtomobil dayanacaqları üçün ödəniş rüsumunun yığımında problemlərimiz qalmaqdadır.
Hesabat ilində bələdiyyənin ehtiyat torpaq fondunun və perspektiv inkişaf üçün torpaq sahəsinin olmaması səbəbindən torpaq növbəliliyinə qeydiyyata götürülmüş vətəndaşlara fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmamış və Bakı şəhərində bələdiyyə torpaqlarının hərrac və müsabiqəsi keçirilmədiyi üçün vətəndaşların qeyri rəsmi istifadə etdiyi bələdiyyə torpaqlarının sənədləşdirilməsi aparılmamışdır.
Bələdiyyə üzvləri əhali ilə müntəzam görüşlər keçirir, bələdiyyənin gördüyü işlər barədə məlumat verir, sakinlərin təklif və məsləhətlərini dinləyir, mövcud problemləri onların öz arzuladığı formada həll etməyə çalışır. Bu baxımından hesabat dövründə qəsəbəmizdə bir sıra yerli əhəmiyyətli, sosial yönümlü layihələr həyata keçirilmişdir. Belə ki, bələdiyyənin vəsaiti hesabına əvvəlki illərdə tikilmiş və sakinlərin istirahət guşəsinə çevrilmiş Qaraçuxur qəsəbəsi C.Qurbanov küçəsində yerləşən “Veteranlar xiyabanı” parkında və “şəhidlər bulağı” kompleksində cari təmir işləri aparılmış, oturacaqlar və söhbətgahlar rənglənmiş, yeni su xətləri çəkilmiş, parkda 2 ədəd adgöstərici lövhə hazırlanıb quraşdırılmış, bulaq kompleksi ətrafında isə, 2 ədəd oturacaqlar yenisi ilə əvəzlənmiş, 100-ə yaxın gül kolu əkilmiş, eyni zamanda abidənin qarşısının asfalt örtüyü yenilənmişdir. Qəsəbənin ə.Mehbalıyev küçəsində yerləşən “Vətən şəhidləri Unudulmur” abidə parkında rayon icra Hakimiyyəti ilə razılaşdırılmış yeni layihə əsasında parkda yenidənqurma işləri aparılmış əlavə 350 kv.m yaşıllıq salınmış, 125 ədəd ağac tingi, 80 ədəd gül kolu əkilərək park yeni görkəmdə vətəndaşların istifadəsinə verilmişdir.
Rayon icra Hakimiyyətinin tövsiyyəsi və yaxından köməkliyi ilə “Bir bələdiyyə - azı bir layihə” proqramı çərçivəsində Qaraçuxur qəsəbəsinin E.Bəkirli küçəsinin Qaraçuxur – Suraxanı mərkəzi yolunun sağ və sol hissəsində yerləşən ərazilərdə təmizlik-abadlıq işləri aparılmış, 41 ailənin kanalizasiya xətləri mərkəzi xəttə birləşdirilmiş, diametri 300 mm uzunluğu 580 m olan drenaj xətti çəkilmiş, yol kənarına 95 kamaz torpaq tökülərək bataqlıqlar qurudulmuş, 1500 kv.m sahəyə yaşıllıq salınmış, rayon səviyyəli iməciliklər keçirməklə 1000-i zeytun olmaqla 2000-dən çox şam və digər ağac tingləri basdırılmışdır. Yaşıllıqların və ağac tinglərinin suvarılması üçün müxtəlif diametrli 1400 p/m uzunluqda su xətti çəkilmiş və su sayqacı quraşdırılmışdır. Yol kənarına 600 p/m bardür daşları düzülmüşdür.
2018-ci ildə Qaraçuxur bələdiyyəsinin gördüyü quruculuq-abadlıq işlərindən bir neçəsini qisa olaraq diqqətinizə çatdırmaq istərdim.
-Qaraçuxur qəsəbəsi 4042/60 məhəllə 4 və 5-ci binaların qarşısında su şəbəkəsi qurulmuş və su sayqacı quraşdırılmış, həmin məhəllədə 6 saylı binanın qarşı tərəfində fərdi yaşayış evləri tərəfindən çəpərlərə salınmış torpaq sahələri zəbtdən azad edilərək abadlıq işləri aparılmış;
-Qaraçuxur qəsəbəsi Mədən küçəsində məhəllədaxili yola 6 kamaz asfalt yonqarı tökməklə yol abadlaşdırılmış;
-Bələdiyyənin inzibati binasında cari təmir işləri aparılmış, binaya yeni 3 fazalı 300 metr uzunluqda yeraltı kabellə işıq (elektrik) xətti çəkilmişdir;
-Qaraçuxur-Suraxanı yolunun Zığ şossesi ilə kəsişən hissəsində yaşayış və qeyri-yaşayış obyektlərinin fasad və divarlarının 3400 kv.m sahəsinin təmizlənib və emulsiya ilə rənglənmişdir;
- Qaraçuxur qəsəbəsi 4 yol ayrıcından “Qartal” fiquru istiqamətdə yolboyu 600 m2 divarlar rənglənmiş;
-Qaraçuxur – “Xalqlar Dostluğu” yolunun sağ hissəsində 1038 m2 divarlar suvanıb emulsiya ilə rənglənməsi işi aparılmış;
-Qəsəbənin C.Qurbanov 20, 22 ünvanlarında yolboyu 420 m2 divarlar suvanmış və emulsiya ilə rənglənmiş, qəsəbənin Daş bazarı – Beton zavod istiqamətində maşın və mexanizmlərdən istifadə etməklə təmizlik işləri aparılmışdır;
-Qaraçuxur qəsəbəsi və Yeni Günəşli ərazisində 18 ünvanda piyada səkiləri zəbtdən azad edilərək təmizlik və abadlıq işləri;
- Qaraçuxur qəsəbəsinın Xətai və Nizami rayonları ilə sərhəd ayrıcında olan daş lövhənin yenidənqurulması və ətraf ərazisinin abadlaşdırılıb yaşıllıqlar salınması;
-Qaraçuxur qəsəbəsi “şərq” y/s 12-ci döngədə daş qırıntısı və qum-çınqıl tökməklə yolun abadlaşdırılması;
-Dörd yol ayrıcında daş lövhə abadlaşdırılmış, yaşıl çəmən əkilərək yeni dekorativ kollar əkilmişdir;
-Yeni Günəşli “Oriqami” uşaq reablitasiya mərkəzinin qarşısında yol kənarında tor çəpərin uçulub dağıdılmış 30 metr hissəsində metal dirəklər basdırılmaqla çəpərin bərpa işləri aparılmış;
- Yeni Günəşli “D” yaşayış sahəsində “D” parkda cari təmir işləri aparılmış həmin əraziyə yaxın 24, 27, 31 saylı binaların arxasında mərkəzi yol boyu lüzumsuz çəpərlər sökülərək ərazidə abadlıq işləri aparımış, təxminən 2.5 ha torpaq sahəsi ümumi istifadəyə qaytarılmışdır;
-Qəsəbənin mərkəzi küçələrində divarlara yazılmış yazılar avtobus dayanacaqlarına yapışdırılmış elanlar mütəmadi olaraq təmizlənmişdir;
- il ərzində bələdiyyənin vəsaiti hesabına və yaxud yaxından köməkliyi hesabına salınmış park, xiyaban və istirahət guşələrinin abad, istifadəyə yararlı saxlanması, estetik görünüşünün yaxşılaşdırılması istiqamətində işlər görülmüş və yaşıllıqlara aqrotexniki qulluq göstərilmişdir;
- Qəsəbə ərazisində ətraf mühitin qorunması məqsədi ilə mütəmadi olaraq yol kənarlarına və zibil meydançaları ətrafına tökülmüş iri qabaritli tullantıların yığışdırılıb daşınması işləri yerinə yetirilmişdir.
- Yeni Günəşli “AB” y/s 42-44 saylı binaların eləcə də 2 və 4 saylı binaların ətrafındakı cəpərlər sökülərək abadlıq işləri aparılıb və torpaq sahəsi ümumi istifadəyə qaytarılmışdır.
Bələdiyyənin diqqət mərkəzində olan məsələlərdən biri də qəsəbə ərazisində məişət tullantılarının vaxtlı-vaxtında yığışdırılıb təmizlənməsidir.
Bunun üçün aidiyyatı qurumlarla gündəlik əlaqə saxlanılıb və mövcud problemlər onların diqqətinə çatdırılıb, eləcə də yol kənarlarına və məişət tullantıları meydançalarına tökülmüş iriqabaritli tullantıların yığışdırılıb daşınmasında müvafiq köməkliklər göstərilmişdir.
Qəsəbə ərazisində sanitar təmizlik və ətraf mühitin mühafizəsi sahəsində əhalinin maarifləndirilməsi işlərində, məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsinə dair Bakı şəhər icra Hakimiyyətinin nəzdində olan Kommunal Xidmətlər Müəssisəsi ilə qarşılıqlı əməkdaşlığımızın nəticəsidir ki, əməkdaşlarımız tərəfindən əhalidən 18210.00 manat ödəniş haqqı yığılaraq Kommunal Xidmətlər Müəssisəsinə təhvil verilmişdir.
Hesabat ilində bələdiyyəmiz sosial-humanitar tədbirlər çərçivəsində qəsəbədə yaşayan aztəminatlı ailələrə, kimsəzilərə, xəstələrə, qocalara, maddi imkansızlara və valideyn himayəsindən məhrum olan uşaqlara maddi yardımlar göstərmiş, Qaraçuxur qəsəbəsi “Neftçilər” parkında yerləşən “Veteranlar guşəsi”nin işlətdikləri məişət qazın ödənişini, Yeni Günəşli “AB”, “Q” yaşayış sahələrində və Samir Cəfərov küçəsində “Veteranlar guşəsinin” istifadə etdiyi elektrik enerjisinin ödənişi bələdiyyənin vəsaiti hesabına yerinə yetirilmişdir.
Bildiyiniz kimi 2018-ci ilin oktyabrın 15-dən 21-dək “Azərbaycanda Yerli Demokratiya Həftəsi” keçirilmişdir. “Yerli demokratiyanın inkişafı naminə vətəndaşların iştirakı, maarifləndirilməsi və öhdəlikləri” şuarı adı altında həftə ərzində bir sıra tədbirlər həyata keçirilmişdir.
01 yanvar 2015-ci il tarixdən yerli vergi və ödənişlər banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsiz ödəmə vasitələri ilə, o cümlədən internet üzərindən hesab.az ödəniş portalı vasitəsilə həyata keçirilir. Bu dəyişiklik bələdiyyələrin fəaliyyətində şəffaflığın təmin edilməsinə xidmət edir.
Məlumat üçün onu da qeyd etmək istəyirəm ki, hesabat ilində Yerli vergi və ödənişin ödənilməsindən illərlə imtina etmiş 120 vergi ödəyicisi barədə inzibati akt tərtib edərək sənədlərini məcburi icraya yönəltmişik. “inzibati icraat haqqında” Qanununun 82.1 və 82.2 maddələri əsasında inzibati akt tərtib olunaraq məcburi qaydada Azərbaycan Respublikasının “icra haqqında” Qanununa əsasən icra məmuru tərəfindən icra olunmuşdur.
Görülən bu işlərin nəticəsidir ki, 2017-ci illə müqayisədə yerli vergilərin yığımında 10%-ə yaxın artım olmuşdur.
Hesabat ilində Suraxanı rayon icra Hakimiyyəti, ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzi və Qəsəbə Bələdiyyələri Milli Assosiasiyası ilə qarşılıqlı əlaqəli işləmişik.
Beynəlxalq təcrübənin öyrənməsi və əməkdaşlığın genişləndirilməsi məqsədi ilə uzun illər əməkdaşlıq etdiyimiz Latviya Respublikasından qonaq qismində gəlmiş 8 nəfər olmaqla Latviya Bələdiyyələr ittifaqının sədri və məsləhətçisi, Yekabpils bələdiyyəsinin sədri və digər 5 bələdiyyə sədrləri nümayəndə heyyəti rayonumuzun qonağı olmuş və rayon rəhbərliyi tərəfindən qəbul edilmişdir.
Bugün qəsəbəmizdə abadlıq və quruculuq sahəsində görülən tədbirlərdə bələdiyyəmizin işi nəzərə çarpacaq dərəcədədir.
Qaraçuxur bələdiyyəsi ərazidə olan yerli problemlərin həllində qəsəbəmizdə fəalliyyət göstərən idarə və təşkilatların, xidmət sahələrinin işinin təşkilində yaxından köməklik göstərəcək, yerli icra orqanları ilə birlikdə qarşıda duran məsələlərin həll olunmasına, Ulu öndər Heydər əliyev siyasətinin layiqli davamçısı möhtərəm prezidentimiz ilham əliyev cənablarının bütün layihələrinin layiqincə yerinə yetirilməsində yardımçı olacağıq.
ixtiyar Nəcəfov
Suraxanı rayonu Qaraçuxur bələdiyyəsinin sədri
P.S. Yazı Qaraçuxur Bələdiyyəsinin 2018-ci ildə gördüyü
işlərin hesabatı əsasında hazırlanıb.
|
|
|
|
|
|
|