Bu gün Suraxanı rayon icra Hakimiyyəti başçısının Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin və Qaraşuxur bələdiyyəsi sədrinin 2017-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirilib.
Hesabat yığıncağında Suraxanı rayon icra Hakimiyyəti başçısının müavini Etibar Yolçuyev, Suraxanı rayon icra Hakimiyyəti başçısı Aparatının Təsərrüfat …şöbəsinin müdiri Mehman Hüseynov, YAP-ın Suraxanı rayon təşkilatının rəsmiləri və və ərazi üzrə xidmət sahələrinin rəisləri və qəsəbə sakinləri iştirak ediblər.
Hesabat yığıncağını giriş nitqi ilə açan Rayon icra Hakimiyyəti başçısının müavini Etibar Yolçuyev qəsəbədə görülən və görülməsi nəzərdə tutulan işlərdən danışıb.
Daha sonra Suraxanı rayon icra Hakimiyyəti başçısının Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vilayət əmirov və Qaraçuxur bələdiyyəsinin sədri ixtiyar Nəcəfov 2017-ci il ərzində qəsəbədə görülən işlər barəsində hesabat məruzəsi ilə çıxış ediblər.
Hesabat məruzələr ətrafında çıxış edən qəsəbə sakinləri hesabat məruzələrinə münasibət bildiriblər və qəsəbədə həlli vacib məsələlərə toxunblar.
Belediyye.info
|
|
|
|
|
|