9 may 1945-ci il Böyük Vətən Müharibəsi alman faşizm üzərində qələbəsinin 72-ci il dönümü ilə əlaqədar olaraq paytaxtın park və xiyabanlrında abadlıq və təmizlik işləri aparılır. Bu dəfə yolumuzu Suraxanı rayonunun Qaraçuxur və Yeni Günəşli qəsəbələrindən saldıq. Son 10 ildə adlarıçəkilən qəsəbələrdə şəhidlərimizin adına park, xiyaban və komplekslər, eləcə də istirahət guşələri salınıb. Artıq həmin parklarda təmir və bərpa işləri aparılır. əvvəlcə Qaraçuxur qəsəbəsi, əhməd Mehbalıyev küçəsində yerləşən “Vətən şəhidləri Unudulmur” parkında olduq. Xatırladım ki, sovet dönəmində salınmış bu parkda 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində həlak olanların xatirə abidəsi ucaldılmışdır. Suraxanı Rayon icra Hakimiyyətinin başçısı ilqar Abbasovun təşəbbüsü və köməkliyi ilə Qaraçuxur Bələdiyyəsi tərəfindən park müasir tələblər səviyyəsində yenidən tikilib istifadəyə verilib. Bu gün park “Vətən şəhidləri Unudulmur” adı ilə fəaliyyət göstərir. Sözügedən istirahət guşəsində Qaraçuxur Bələdiyyəsi tərəfindən təmizlik, abadlıq, təmir və bərpa işləri aparılırdı. Ağacların gövdələri əhənglənib, yaşıl qazon və ot biçilir, yaşıllıqlar suvarılıdı. Parkda divarlarını sınmış üzlük və döşəmələr yenisi ilə əvəzlənib, küçə işıqları dəyişdirilib. Abidənin önündəki şəlalə yenidən təmir olunub, oturacaqlar və “söhbətgah”lar təmir edilib, rənglənilib. Parkın ərazisində çoxlu sayda bəzək ağacları və kol bitkiləri əkilib. istirahət guşəsinin daxili yollarının səkiləri təmir edilib, döşəmə daşlar düzülüb. Bir sözlə, sakinlərin istirahəti üçün parkda hər cür şərait yaradılıb.

Zahid imanov adlı sakin bildirdi ki, özü filoloqdur, uzun müddət ədəbiyyat müəllimi işləyib. Onun sözlərinə görə, paytaxtın və eləcə də respublikanın bütün rayon və qəsəbələrində olub: “Suraxanı rayonu xüsusilə fərqlənir. əvvəllər Suraxanı rayonu gölməçəliklərin, zibilliklərin içində itib-batırdı. Son 10-15 ildə rayonda böyük quruculuq, abadlıq və tikinti işləri aparılıb – xüsusilə də yaşadığımız Qaraçuxur qəsəbəsində. RiN-in və Qaraçuxur Bələdiyyəsinin xidmətləri danılmazdır. Yeni parklar salınmaqla yanaşı, onların qorunub-saxlanılmasına da çiddi fikir verilir: “Qəsəbəmizdə şəhidlərimizin adı əziz tutulur. Elə bu səbəbdən, onların xatirəsinə çoxlu sayda park və xiyaban salınıb. Salınan parklar da o qədər millidir ki, sanki tarixi abidə kimi Vətənimizin keçmişini, bugününü və sabahını özündə xarakterizə edir”.
Qarçuxur Bələdiyyəsinin sədri ixtiyar Nəcəfovla işbaşında görüşdük. Abadlıq, təmir və bərpa işlərinə şəxsən özünün nəzarət etdiyini bildirdi. ixtiyar Nəcəfov qəsəbədəki park və abidələrin bugünkü durumu barədə “Həftə içi”nə açıqlama verdi. Bildirdi ki, Qaraçuxur Bələdiyyəsinin balansında 4 park və fəxri xiyabanlar var. Belə ki, Qaraçuxur Qəsəbəsində yerləşən “Vətən şəhidləri Unudulmur”, “Veteranlar Xiyabanı”, “şəhidlər bulağı” abidə kompleksi”, Yeni Günəşli qəsəbəsi “V” Yaşayış Massivindəki “şəhidlər” xatirə-kompleksi, “D” yaşayış sahəsindəki “De-Park” Suraxanı Rayon icra Hakimiyyəti Qaraçuxur Bələdiyyəsi ilə birlkikdə salınıb: “2007-ci ildə RiH-in başçısı ilqar Abbasovun təşəbbüsü ilə “Veteranlr Xiyabanı” parkı salınıb. Hazıda adlarıçəkilən park və xiyabanlarda təmizlik, abadlıq işləri aparılır. Bütün yaşıllıqlara su xətti çəkilib, bələdiyyə tərəfindən parklara bağban təyin edilib, ağacların quru budaqları budanılır, dibləri şumlanıb, vaxtlı-vaxtnda suvarılır, bir sözlə, yaşıllıqlara aqrotexniki qaydada qulluq edilir. Təkcə “Veteranlar Xiyabanı”nda 100-dən çox ağac əkilib, eləcə də digər parklarda sınıb-dağılan hissələr bərpa olunub. Döşəmə və üzlüklər tamamilə dəyişdirilib, rənglənmə işləri aparılıb. Bir sözlə, 9 May Qələbə Bayramına kimi, bütün park və xiyabanlarda aparılan abadlıq, təmizlik və təmir işləri başa çatdırılacaq. Bütün parklar bələdiyyənin nəzarəti altında qorunub-saxlanılır. Yeri gəlmişkən qeyd edim ki, Qaraçuxur Bələdiyyəsi 3 ünvanda veteranların asudə vaxtlarını səmərəli keçirməsi üçün “Veteranlar Guşəsi” tikdirib. Həmin guşələrin kommunal xərcləri Qaraçuxur Bələdiyyəsi tərəfindən ödənilir. Bütün bu işlər RiH-in rəhbərliyi tərəfindən həyata keçirilir. “9 May – Qələbə Bayramı hər il olduğu kimi, bu il də “Vətən şəhidləri Unudulmur” parkında, “1941-1945”ci illər abidsi önündə keçiriləcək. Bayram tədbirində RiH-in başçısı ilqar Abbasov şəxsən özü iştirak edəcək, Böyük Vətən müharibəsi veteranları və arxa cəbhə veteranları ilə görüş keçirəcək, onları təbrik edəcək, tədbirdən sonra isə veteranlara bayram konserti və ziyafət veriləcək”.