"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Qaraçuxurda ağacəkmə aksiyası keçirilib

--2018-11-03 / 13:44

Suraxanı rayon Qaraçuxur qəsəbəsində Rayon icra Hakimiyyətinin təşkilatçılığı ilə  ağacəkmə aksiyası keçirilib.

Suraxanı RiH-in müfaviq qurum əməkdaşlarının, o cümlədən Suraxanı rayonu Qaraçuxur bələdiyyəsinin, habelə Bülbülə və əmircan bələdiyyələrinin üzv və qulluqçularının qatıldığı aksiyada 350-yə yaxın ağac əkilib.

Qaraçuxur qəsəbəsi Etibar Bəkirli küçəsində Qaraçuxur bələdiyyəsinin abadlaşdırdığı ərazidə həyata keçirilən aksiyada əsasən “küknar” və “Eldar şamı” ağacları əkilmişdir.

Belediyye.infoya daxil olan məlumata görə, rayonda ağacəkmə aksiyası bundan sonrada davam etdirləcəkdir.

Belediyye.info

ŞƏRHLƏR