sorğu
Latviya Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Juris Maklakovs Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Mədəniyyət evində Latviyanın müstəqiliyinin 100 ilik yubileyinə həsr olunan bayram tədbirində iştirak edib. Tədbiri giriş sözüylə açan səfir ikitərəfli əlaqələrin inkişafından danışaraq bu əlaqələrin genişləndirilməsinə öz ölkəsinin maraqlı olduğunu vurğulayıb.
Bununla yanaşı yerli özünüidarəetmə orqanları arasında əlaqələr qurulduğunu qeyd edən səfir tədbirdə öz ölkəsinin müstəqillik illərində qazandığı uğurlara da toxunub
Bayram tədbirində Latviyanın rəqs qrupunun konsert proqramı olub.
Tədbirdə Qaraçuxur bələdiyəsinin üzvləri və qulluqçuları da yaxından iştirak edib.
Belediyye.info .
|
|
|
|